Modern.az

Bakı məktəblərinin istilik problemi...

Bakı məktəblərinin istilik problemi...

24 Sentyabr 2009, 11:15

Bir müddət sonra payız-qış mövsümü başlayacaq. Məktəbə gedən uşaqların valideynləri indi narahatdırlar, görəsən təhsil müəssisələrinin sinif otaqlarında istilik sistemi işləyəcəkmi? Yoxsa şagirdlər bu qışı da soyuq otaqlarda palto-papaqla keçirməli olacaqlar?

Soyuq otaqlarda dərs keçən müəllimi də qınamaq olmaz, tədrisin keyfiyyətindən  heç danışmağa dəyməz. Sinif otaqlarında istilik sisteminin işləməməsi şagirdlərin dərsə davamiyyətini də azaldır. Hər il valideyn və şagirdlər bu problemdən şikayətlənirlər. Ölkənin regionlarındakı məktəbləri başa düşmək olar, bəs Bakıda yerləşən təhsil ocaqlarında istilik sisteminin işləməməsinin hansı izahı var?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı Modern.az-a bildirib ki, Bakıdakı məktəblərin 90 faizində istilik sistemi quraşdırılıb: “Təhsil müəssisələrində istiliklə bağlı problem Təhsil Nazirliyinin və “Azəristiliktəchizat” şirkətinin xətti ilə həll edilib. Müəyyən məktəblər mərkəzləşdirilmiş qaydada istilik sisteminə qoşulub. Bəzi təhsil ocaqları  məktəbə yaxın ərazidən keçən istilik şəbəkəsinə birləşdirilib, bəzilərinin isə müstəqil qazanxanaları var. Bu il məktəblərdə yeganə istisna hal mavi yanacaqla bağlı ola bilər. Yəni məktəbin yerləşdiyi əraziyə mavi yanacaq verilməzsə, onda məktəbdə qaz olmayacaq”.

Zəminə Əliqızı onu da bildirib ki, Bakının bəzi rayonlarında məktəblərin istilik sistemi ilə bağlı problemləri hələ də qalmaqdadır: “Çalışırıq ki, onların da  problemi aradan qalxsın”.

 

Günay MUSAYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi