Gümrüdən Moskvaya uçan sərnişin təyyarəsi uçuş zamanı həyəcan siqnalı ötürüb.
Modern.az xəbər verir ki, bu barədə **TASS** uçuşların izlənilməsi xidməti **Flightradar**-ın məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, "Boeing" tipli təyyarə Gümrü hava limanından yerli vaxtla saat 12:24-də havaya qalxıb. Uçuşdan təxminən bir saat sonra, Dağıstan üzərində olarkən ekipaj **general emergency** (ümumi fövqəladə vəziyyət) siqnalı göndərib.
Bundan sonra təyyarə təxminən 3 min metr hündürlüyə eniş edib.
Hadisənin səbəbi və təyyarənin sonrakı marşrutu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.