Modern.az

ABŞ-İran danışıqları bütün gecə boyu davam edib

ABŞ-İran danışıqları bütün gecə boyu davam edib

Dünya

Bu gün, 13:20

ABŞ–İran qarşılıqlı anlaşma memorandumu çərçivəsində aparılan intensiv danışıqlar İsveçrənin Bürgenştok şəhərində bütün gecə boyu davam edib.

Modern.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

“İsveçrə koordinatoru iyunun 21-dən 22-nə keçən gecə Bürgenştokda vasitəçilər, İran və ABŞ arasında aparılan intensiv diplomatik danışıqlar zamanı əldə olunmuş konstruktiv irəliləyişi alqışlayır”, - açıqlamada deyilir.

Həmçinin vurğulanır ki, İsveçrə tərəfi özünün ənənəvi vasitəçilik və “yaxşı xidmətlər” siyasətinə uyğun olaraq bu prosesə dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib.

Danışıqlarda əsas diqqətin nüvə proqramı, sanksiyalar, regional təhlükəsizlik məsələləri, eləcə də tərəflər arasında əldə olunmuş razılaşmaların icrasına yönəldildiyi bildirilir. Bürgenştok görüşləri ABŞ və İran arasında yekun razılaşmaya nail olmaq məqsədi daşıyan diplomatik prosesin növbəti mərhələsi hesab olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV