Modern.az

Sabah Muzey Mərkəzinin vebsaytının təqdimatı olacaq

Sabah Muzey Mərkəzinin vebsaytının təqdimatı olacaq

24 Sentyabr 2009, 11:52

Sentyabrın 25-də saat 12.00-da Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin Akt zalında YUNESKO-nun Moskva Bürosunun “Rusiya muzeyi: virtual filial” layihəsi çərçivəsində yaradılmış Muzey Mərkəzinin vebsaytının təqdimat mərasimi keçiriləcək ( www.museumcenter.az).

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, təqribən 10 ildir Muzey Mərkəzi öz fəaliyyətində kompüter texnologiyalarının tətbiqini nəzərdə tutan işlərə başlayıb. 2000-ci illərin əvvəllərindən sərgi və keçirilən tədbirlərə multimedia  materiallarının yaradılması üzrə iş gedir. Muzey Mərkəzinin informasiya köşkündə Mərkəzin tarixi və fəaliyyəti haqqında proqramlar quraşdırılıb. Kompüter proqramlarının, habelə külli miqdarda nəşr, foto və video materialların toplanması nəticəsində Muzey Mərkəzinin vebsaytının yaradılması ideyası meydana gəlib.

Saytın yaradılmasında partnyor qismində Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Moskva Bürosu, Dövlət Rus Muzeyi və YUNESKO işləri üzrə Azərbaycan Respublikasının Milli Komissiyası çıxış edib.

Vebsayt Bakıda 2007-ci ildə yaradılmış “Rusiya muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin fəaliyyəti haqqında dolğun məlumata malik olaraq, həmçinin bir qrup ölkələr ərazisində və ondan xaricdə Muzey Mərkəzinin vahid mədəniyyət-informasiya məkanına inteqrasiya vasitəsi kimi çıxış edəcək.

Sayt üç dildə - Azərbaycan, rus və ingilis versiyasına malikdir və çox böyük auditoriya üçün açıq olacaq. Sayt geniş axtarış sistemi ilə təchiz olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...