Modern.az

Təhsil Nazirliyi 1950 manat mükafat ayırıb

Təhsil Nazirliyi 1950 manat mükafat ayırıb

25 Sentyabr 2009, 15:24

Təhsil Nazirliyi təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı gənc idmançıları, məşqçi-müəllimləri aşkar etmək, onları rəğbətləndirmək məqsədilə Respublika müsabiqəsi keçirəcək. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə,  müsabiqənin keçirilməsi barədə nazir Misir Mərdanov müvafiq əmr imzalayıb. Sözügedən əmrə əsasən, müsabiqə uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər arasında müxtəlif nominasiyalar üzrə keçiriləcək. Müsabiqənin respublika mərhələsinə 2009-cu ilin dekabr ayında yekun vurulacaq.

Müsabiqə nəticəsində ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman və şahmat məktəbləri, şəhərlər və kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər idman və şahmat məktəbləri, ilin ən yaxşı idmançısı, ilin ən yaxşı şahmatçısı, şahmat məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi, idman məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi müəyyənləşdiriləcək.

Respublika  müsabiqəsinə təqdim ediləcək idmançı, məşqçi-müəllim və məktəblər haqqında məlumatlar dekabrın 5-dək yerlərdən nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinə təqdim edilməlidir.

Müsabiqə qaliblərinin mükafatlandırılması üçün 1950 manat vəsait ayrılıb.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı