Modern.az

Azərbaycan-Rumıniya arasında rəsmi sənədlər imzalanıb

Azərbaycan-Rumıniya arasında rəsmi sənədlər imzalanıb

28 Sentyabr 2009, 20:00

Sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfərə gəlib.    Azərbaycanın və Rumıniyanın dövlət bayraqları ilə bəzədilmiş Henri Koande adına Buxarest Beynəlxalq hava limanında Azərbaycan dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. AzərTAc xəbər veriri ki, Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rumıniyanın yüksək vəzifəli rəsmi şəxsləri qarşılayıblar.   Buxarestdə Rumıniya Prezidentinin iqamətgahında - “Kotroçen” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Mərasimdə Rumıniya Prezidenti Trayan Besesku və xanımı Mariya Besesku iştirak edib.   İlham Əliyev Buxarestdəki “Karol-1” xiyabanına gələrək, naməlum əsgərin məzarını ziyarət edib. Azərbaycan Prezidenti naməlum əsgərin məzarı önünə əklil qoyub və İkinci Dünya müharibəsi zamanı həlak olmuş rumın əsgərlərinin xatirəsini yad edib. Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”ni Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku imzalayıb. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Boqdan Mazuru imzalayıb. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Boqdan Mazuru imzalayıb. “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Rumıniyanın Rabitə və İnformasiya Cəmiyyəti Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın rabitə və informasiya cəmiyyəti naziri Qabriel Sandu imzalayıb. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rumıniyanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın Ətraf Mühit Nazirliyinin dövlət katibi Dan Kırlan imzalayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi