İndoneziyanın Banda dənizində 6,2 maqnitudalı zəlzələ baş verib.
Modern.az xəbər verir ki, İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, yeraltı təkanların ocağı yerin 143 kilometr dərinliyində yerləşib.
Zəlzələnin böyük dərinlikdə baş verməsi səbəbindən sunami təhlükəsi yaranmayıb. BMKG hadisədən sonra sunami riskinin olmadığını təsdiqləyib.
Hazırda zəlzələ nəticəsində dağıntı və ciddi fəsadlar barədə məlumat daxil olmayıb. Həmçinin ölən və yaralananlarla bağlı məlumat yoxdur.
Mütəxəssislər bölgədə seysmik vəziyyəti və mümkün təkrar yeraltı təkanları izləməyə davam edirlər.