22 Aprel 2019, 09:35 | Ana Səhifə - Yazılar - Azərbaycana xain gözlə baxanlar...
Azərbaycana xain gözlə baxanlar...

Elman Babayev


Azərbaycanın dünyaya inteqrasiyası, Avropa ilə əməkdaşılığı hansısa bir mərhələdə bitən proses deyil, sözsüz ki, davamlıdır. Bu proses başlanan gündən ta indiki zamana qədər heç bir addım asan başa gəlməyib. Azərbaycan müstəqil olmasına rəğmən müxtəlif istiqamətlərdən təzyiqlər görüb, hər dəfəsində də bu təzyiqlərdən alnıaçıq çıxıb.

 

Dövlət Qərb-Rusiya tərəzisində ciddi ağırlıq yaranmasın deyə, hər daim müstəqil xarici siyasəti ciddiyyətə alıb, amma əlbəttə də ki, dinamik əməkdaşlıq, çeşidli saziş, intensiv müzakirələr əsasən, Avropa istiqamətində getməlidir deyə, Azərbaycan da bu vacibliyə hər dəfəsində sadiq qalıb. Çünki bu, zamanın, dünyadakı yeni münasibətlər sisteminin tələbidir. 

 

Məsələ burasındadır ki, Avropa ilə əməkdaşlıq sənədlərinin yenilənməsi, təkrar imzalanmalar istər xaricdə, istər daxildə  mütləq müxalif cəbhə açır və ölkənin üzərinə arqumentli-arqumentsiz tənqidi mülahizələr yönəlir. Nəinki təkcə tənqid, hətta qızışdırıcı metodlarla ölkədə xaos mühitinin yaranmasına cəhdlər də edilir. Biz artıq çoxdandır belə qüvvələrə “5-ci kolon” və xarici anti-Azərbaycan qüvvələri deyirik. Bu cür qüvvələr doğrudan da, təhlükəli qüvvələrdir, çünki özbaşına hərəkət etmirlər, müəyyən bir mərkəzdən, planlaşdırılmış siyasi xətdən çıxış edirlər. 


Çox yaxşı haldır ki,  Azərbaycan özünə gələn təhlükələri zamanında hiss edə bilir, müəyyən informasiyalara malik olur və hər cür təhdidə, dramatik duruma özünü hazır vəziyyətdə saxlaya bilir. Bu, başlıca keyfiyyətdir.

 

Azərbaycan buna necə nail olur? Sözsüz ki, uğurlu daxili siyasətlə cəmiyyəti ölkənin maraqları, mənafeyi üçün səfərbər edir. Gəlin baxaq, prezident İlham Əliyev bütün daxili və xarici təzyiqlərdə necə hərəkət edir ? Təbii ki, başını aşağı salaraq, daxili və xarici siyasəti ölkəsinin mənafeyi prizmasından necə münasib bilirsə, geri çəkilmədən o şəkildə yürütməkdə davam edir.

 

Dünən neft kəmərlərinin çəkilişində olan təzyiqlər necə puça çıxdısa, Cənub Qaz Dəhlizi kimi layihə bütün maneələri aşacaq bir iradə əsasında öz aktuallığını qoruyub saxlayır və kimlərinsə əngəlindən ölü doğulan bir proyektə çevrilməyə hazırlaşmır. Mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini daha da gücləndirdiyindən Azərbaycan Qərbə daha geniş açılmaq niyyətindədir və Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin hazırlanmasında yekun mərhələyə qədəm qoyub.    


Bu il Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Bu da uğurdur!

 

Uğurlar yalnız o adamları sevindirə bilir ki, orda payları, imzaları var . Uğurlar düşmən xislətli adamlarda isə qıcıq, xainlik yaradır və onları pis əməllərdə şərik olmağa sürükləyir. Xarici anti-Azərbaycan qüvvələri və “5-ci kolon” bu qəbildəndir, hazırda Azərbaycan naminə, mövcud hakimiyyət əleyhinə hər cür pislik üçün yenidən hərəkətə keçib. 

     

Məqsəd odur ki, Azərbaycan tutduğu xətdən imtina etsin. Etmədikdə isə, müxtəlif təşkilatlar, sorğu mərkəzləri dövlət başçısı, onun komandası, ailəsi haqqında hər cür qarayaxma kampaniyasını, böhtanı, ittihamı dövriyyəyə buraxır.   

 

Bunun qarşılığında prezident İlham Əliyev bütün diqqətini cəmiyyətin problemləri ilə məşğul olmağa yönəldir, çünki yalnız iqtisadi cəhətdən inkişaf etmiş, vətəndaşı sosial qayğılardan uzaq, sabitliyi dönməz xarakter alan bir ölkə xarici təzyiqlərə, daxili hücumlara sinə gərə bilər. İlham Əliyev bəzən şəxsinə yönəlmiş ən idbar forma alan gözdənsalma kampaniyalarına səbr nümayiş etdirib, cəmiyyətin qarşısına gördüyü, görmək istədiyi işlərin siyahısı ilə çıxır.

 

Son 1 ildə başladılan yeni iqtisadi islahatlar nəticəsinə əldə olunan əlavə gəlirlər əhalinin sosial problemlərinin həllinə yönəldilir. Əhalinin rifahını yüksəltməyə xidmət edən addımların həm əhatəsi, həm də maliyyə tutumu artıb. Açıqlanan rəqəmlərə istinad etsək, sosial sahəni əhatə edən fərman və sərəncamların maliyyə yükü büdcədən əlavə 2,5 milyard manata yaxın bir məbləğlə ifadə olunur və icra olunan sosial paket Azərbaycan əhalisinin az qala yarısına şamil olunacaq. Arxada qoyduğumuz 3-4 ay ərzində narahatçılıq doğuran əksər problemlər cözümünə qovuşub.  Xalqla təmas daha da intensivləşib.


Başqa yeni islahatlar anons edilib və ortada icraya yönəldilən konkret qərarlar da var. Səhiyyə, məhkəmə və başqa sahələrdə narahatçılıq doğuran halların tam aradan qaldırılması üçün sənədlər imzalanıb.

 

Ümumi yanaşdıqda isə Azərbaycan son dövr də daxil olmaqla 15 ildə dinamik inkişaf edib, müasirləşmək imkanı qazanıb, ölkəmizin dünyaya inteqrasiyası qarşısıalınmaz bir sürətlə gedib və bütün bu uğurlar məhz İlham Əliyevin adı ilə bağlıdır. O, prezidentlik dönəmində Azərbaycanı hər cür çətinliklərdən qorumaq, daha da gücləndirmək missiyasını uğurla gerşəkləşdirə bilib.

 

Azərbaycan investisiya yatırılan ölkədən, investisiya qoyan, çeşidli xarici məhsullar idxal olunan ölkədən, müxtəlif növlü mal ixracatçısına çevrilib. Ölkəmiz  qlobal iqtisadi proyektlərin başlıca səhmdarı statusuna çatıb.

Bununla yanaşı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artıb. Elə bir il olmaz ki, ölkəmizin dünyada nüfuzunu gücləndirən, gücünə-güc qatan beynəlxalq səviyyəli addım atılmasın.

 

Dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri quran Azərbaycan indi bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan istənilən təzyiqlər qarşısında məhz bunlara görə qorxusuz, özünə güvənən, özünə arxayın, inamlı, qürurlu dayanır.   

 

Əslində Azərbaycanın uğurlarına sevinən, onun mənafeyini güdən, qanında bu millətin qanını daşıyan hər bir fərd görülən işlərin miqyasını dərk edər, nəinki “5-ci kolon”un xain ssenarilərinə dəstək verər; xaricdə oturub, ölkəsi əleyhinə çirkin kampaniya aparar. Təəssüf ki, vəziyyət məhz belədir! Azərbaycana xain gözlə baxanlar çoxalır.    

Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir; Azərbaycanın iqtisadi gələcəyinin qarantı olan qaz layihələri-TANAP, TAP,  əfsanəvi Transxəzər proyekti xəyaldan gerçəkliyə qovuşur.

 

Ölkəmizi sevməyən xarici dairələrin narahatçılığı məhz bu məqamdadır.

Bir müddətdir ki, “Trensparency İnternational”, “Amnistey İnternational”, OCCRP və digər bu kimi qurumlar hərəkətə gətirən səbəb də bu amildədir.  İstər xarici anti-Azərbaycan qüvvələri, istər “5-ci kolon” çalışır ki,  Azərbaycan hər cür böhtanla beynəlxalq qınaq obyektinə çevrilsin, ictimai narazılıq artsın, ölkədə qarmaqarışıq bir vəziyyət yaransın, bundan istifadə edən maraqlı çevrələr Azərbaycan üzərindən özlərinə gərəkli olan ssenariləri başlatsınlar.

 

Ən pis ssenari iqtidarın opponentlərinə də lazımdır! Uzunömürlü müxalifətçilik onu günbəgün zəiflədib meydandan çıxarma qorxusu altında  saxlayır. Odur ki, güclənən Azərbaycanın əleyhinə formalaşacaq üçbucağın  xarici anti-Azərbaycan, “5-ci kolon”, üstəgəl siyasi müxalifətlə tamamlanması şübhə doğurmur.

 

İlham Əliyevsə sırf daxili siyasətdə möhkəmlənmək, uğurlar qazanmaq üçün aparılması vacib olan sosial-siyasi islahatları dərinləşdirəcək, xalqla dövlətin birliyini daha da möhkəmləndirmək üçün zəruri  addımlar atacaq. Ona görə də hansısa çirkli planların hansısa qüvvələr üzərindən Azərbaycanda təkrarlanması imkanları yenə də minimuma enəcək. Çünki xalqa, iyrənc, qorxunc planlarda alət olmaq yox, məhz islahatlar və bu islahatların nəticəsində problemlərin aradan qalxması lazımdır ki, hakimiyyət ilk növbədə bu siyasətə hazırlıq aparır. Gücünü xalqdan alan bir hakimiyyət necə etməlidirsə, İlham Əliyev də məhz belə edir!   

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Kolumbiyanın məşhur narkobaronu HƏBS EDİLDİ 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34