21İyul | Ana Səhifə - Yazılar - Milli mətbuatımız yeni inkişaf mərhələsində
Milli mətbuatımız yeni inkişaf mərhələsində

Cavanşir Feyziyev,

Fəlsəfə doktoru, millət vəkili

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

 

Milli mətbuat günü intelektual cəmiyyət üçün əlamətdar bir gündür. Bu gün söz yaradıcılığının, fikir və düşüncə sənətkarlığının bayramıdır. Sözümüzün tarixi isə özümüz və özülümüz qədər dərindir. Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycanın ictimai fikir tarixi min ildən  çox dövrü əhatə edən böyük bir təkamül yolu keçmiş və söz yaradıcılığının misilsiz ənənələrini yaratmışdır. Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Fizuli kimi söz dühalarının cilasından keçən və Mirzə Fətəli yaradıcılığında artıq  milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü Həsən bəy Zərdabinin “Əkinçi”si timsalında “materiallaşdı” və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi. Əşyaların adlandırılmasından başlayıb, milli ideyanı yetişdirməyə qədər yüksələn milli söz XIX əsr maarifçilərimizin fikir və düşüncələrində yetkinləşən milli ideologiyamzı ərsəyə gətirdi və onu ictimai şüurun aparıcı qüvvəsinə çevirə bildi. Sözdən düşüncələrə hoparaq, oradan də əməllərə keçən milli ictimai şüur isə ilk milli dövlətin yaranmasına gətirib çıxarması ilə dahi Fizulinin vəsf etdiyi “Əlahəzrət Söz” ün qüdrətini və təntənəsini nümayiş etdirdi. 141 yaşlı  Milli mətbuatımız, sözün və söz sənətkarlığımızın öz funksiyasında ən yüksək əməli nəticələrə gətirib çıxardığı bu uzun yolun  yeni dövr mərhələsidir.

 

Milli mətbuatımızın yarandığı dövr tarix üçün də yeni bir dövr idi.  Bu, Sözün sentimental və ruhani hissiyatların  təsvirindən real həyat düşüncələrinin ifadəçisinə çevrildiyi, mifik qəhrəmanlığı göylərə yüksəldən mücərrəd saray poetikasından  insanların düşüncəsinə nüfuz etməklə ictimai şüuru təkmilləşdirən, milli dünyagörüşünü formalaşmağa istiqamətləndirən və bununla da söz yaradıcılığına  ictimai-siyasi çalarlar gətirən realist  yaradıcılıq mərhələsinə keçdiyi bir dövr idi. Həmin dövrdən bu günümüzə uzanıb gələn yol Söz və fikir tariximizin mübarizə, təkamül və qələbələr yoludur.  Ilk mətbu orqanımız “Əkinci”nin  işıq üzü görməsindən dərhal sonra bir-birinin ardınca açılan qəzetlərimiz ağır təzyiqlərlə üzləşərək qısa müddətdən sonra bağlanmalı olurdular. Buna baxmayaraq,“Əkinçi”,“Ziya”, “Kəşkül”, “Kaspi” kimi mətbu orqanlarımız ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli təkan verdilər, insanların yeni həyat idealları uğrunda mübarizəsinə yol aça bildilər.Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr, Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Məmməd Kəngərli kimi milli ideya daşıyıcılarımız milli mətbuatımızın məktəb və ənənəsini yaratmağa nail ola bildilər. Heç təsadüfi deyil ki, o zamankı naşirlər və qəzetçilər peşə baxımından jurnalist deyildilər, lakin mətbuat onlar üçün xalqın, millətin şüuruna çatdırmaq istədikləri mütərəqqi ideyaların yayılmasına və keyfiyyətcə yeni bir cəmiyyətin yaranmasına nail olmaq üçün istifadə edə biləcəkləri ən müasir və ən kəsərli bir vasitə idi. Ona görə də XIX əsr ziyalılarımızın demək olar ki, hamısının həyatı  mətbuatla sıx bağlı idi. XX əsrin əvvəllərində isə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və digər ziyalılarımız bu ənənəni davam etdirərək “Şərqi-Rus”, “Həyat”, “Açıq söz”,“Molla Nəsrəddin”  və digər məşhur mətbu orqanlarımızı yaratmaqla artıq möhkəmlənməkdə olan milli şüuru dövlətçilik şüuruna yüksəldə bildilər. Məhz bu insanların fədakarlığı və əzmkarlığı sayəsində Azərbaycan milli şüuru elə yeni dövrün başlanğıcında özünün intibah mərhələsinə yüksəldi və tarixdə ilk türk cümhuriyyətini – azad insan və demokratik cəmiyyət nümunəsini yarada bildi. Mövcud olduğu qısa zaman kəsiyində “İnsanlara hürriyyət, Millətlərə istiqlal” bəyan etmiş ilk milli Cümhuriyyətimizdə milli mətbuatımız azadlıq coşqusu ilə yüksəldi, böyüdü və gənc dövlətdə sürətli quruculuq və yaradıcılıq marafonuna əvəzsiz töhfələr verdi.1920-ci ildə müstəqilliyimizə son qoyan imperiya milli mətbuatımızın da müstəqilliyinə son qoydu. Imperiya nəzarəti altında yaranan yeni sovet mətbuatı isə yalnız  bolşevik ideologiyasının  imkan verdiyi özünəməxsus formatda mövcud ola bilərdi. Buna baxmayaraq, milli mətbuatımız mübarizə yolundan dönmədi. İctimai-siyasi hadisələrə obyektiv münasibət bildirməyin mümkün olmadığı ən çətin zamanlarda belə milli mətbuatımız öz səylərini əhalinin savadlanması, milli mədəni dəyərlərimizin qorunması və ən başlıcası isə doğma ana dilimizin ədəbi dil kimi təkmilləşməsi işinə yönəltdi. Milli-mədəni sərvətlərimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına misilsiz xidmətlər göstərdi.

 

Mətbuat nümayəndəsi olaraq cəmiyyətin nəzərlərini, diqqətini özünə cəzb edə bilmək nə qədər şərəfli bir yaradıcıq işi olsa da, bir o qədər də məsuliyyətli və bütünlüklə cəmiyyətin və dövlətin inkişafı üçün zəruri və məsuliyyətli bir missiyadır. Bu missiyanın öhdəsindən layiqincə gələnlər bütün dövrlərdə söz və fikir səltənətinin inciləri kimi parlayıb və millətin tarixinə parlaq səhifələr yazıblar. Elə parlaq səhifələr ki, onların şüası bütöv bir xalqın inkişaf və tərəqqi yoluna gur isıq saçıb, onun indisini və gələcəyini böyük bəlalardan xilas edib, xalqların taleyində həlledici rol oynayıblar. Məhz buna görə də milli mətbuatımızdan danışanda tarixi söz ustadlarımızın nurlu simaları gözlərimiz önündə canlanır, onların tarix yaradan söz və fikir yaradıcılığı parlaq bir örnək kimi nəsillərdən nəsillərə ötürülür. Bu əbədi və ədəbi missiyanın daşıyıcıları fədakar insanlardır. Onlar sözün qüdrətini anlayan, o qüdrəti öz fəaliyyəti ilə nümayiş etdirən və özünün mətbuat sahəsindəki xidməti ilə mənsub olduğu xalqı da yetişdirən, şərəfləndirən və qüdrətləndirən dahilərdir. 141 yaşlı milli mətbuatımızın tarixi belə dühalarla zəngindir.

 

1991-ci ildə dövlət müstəqilliyimizin bərpası Həsən bəy Zərdabidən gələn keşməkeşli  milli mətbuat yolunu yenidən işıqlandırdı və artıq onlarla deyil, yüzlərlə mətbu orqanı millətin azadlıq coşqusundan doğan əzmkarlıqla yeni cəmiyyət quruculuğuna qoşuldular. 1998-ci ilin avqustunda ümummilli liderimiz Heydər Əliyevin mətbuat üzərində senzuranın ləğv olunması haqqında tarixi Fərmanı isə milli mətbuatımızı əbədi azadlığa qovuşdurdu, onun inkişaf yolunda intəhasız üfüqlər açdı. Prezident Heydər Əliyevin mətbuata özəl münasibəti, mətbuat nümayəndələrinə qarşı sonsuz səmimiyyəti və qayğıkeşliyi elan olunmuş müstəqilliyin hələ kifayət qədər möhkəmlənmədiyi bir dövrdə milli mətbuatımızı dövlət quruculuğu işlərinə töhfələr verməyə sövq edirdi. Lakin bir tərəfdən, ölkədə hökm sürən müharibə şəraiti və digər tərəfdən,yaranmaqda olan yeni iqtisadi münasibətlər çərçivəsində maddi vəsait çatışmazlığı milli mətbuatımızın sərbəst inkişafını mümkünsüz edirdi. Cari istehsal fəaliyyəti üçün mətbu orqanlarının dövlət qurumlarına yaranmış külli miqdarda borcları çoxsaylı qəzet və jurnalları bağlanmaq təhlükəsi qarşısında qoymuşdu. Ən çətin zamanlarda milli mətbuatımıza xüsusi təəssübkeşliklə yanaşan Heydər Əliyev o zaman da milli mətbuata dövlət qayğısının unikal nümunəsini yaratdı. Dövlət başçısının bu borcların silinməsi haqqında sərəncamı mətbu orqanlarına öz fəaliyyətini davam etdirmək üçün yeni və daha geniş fürsətlər yaratdı. Yeni ictimai-siyasi şəraidə meydana çıxan fikir plüralizminin, çoxsaylı partiya və qrup mənafelərinin, mətbuata xarici və daxili təsir cəhdlərinin bir-birinə qarışdığı mürəkkəb, lakin kifayət qədər geniş bir rəqabət meydanında  milli mətbuatımız “çəkişməklə bərkişmək” mərhələsini də yaşadı.

 

Bu günkü dövrümüzdə isə Prezident İlham Əliyevin mətbuata münasibətdə sərgilədiyi səmimi dostluq münasibətləri milli mətbuatı və mətbuat nümayəndələrini dövlətçilik mənafeyi naminə ümummilli maraqlar ətrafında birləşməyə, xalqın mənafeyinə xidmət etməyə səfərbər etməkdədir. Bu gün Azərbaycan söz və fikir azadlığının tam bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat orqanına maneəsiz çıxışının təmin olunduğu bir məkandır. Əhalinin 75%-nin internet istifadəçisi olduğu bir cəmiyyətdə yeni texnologiyalara əsaslanan elektron kütləvi informasiya vasitələrinin inkişafı mətbuatın daha çevik, daha operativ fəaliyyət göstərməsi üçün ideal şəraiti təmin edir. Lakin mübarizə davam edir. Çağdaş dövrümüzdə yaranmış sərbəstlikdən sui-istifadə etməyə çalışaraq, dövlətçiliyimiz əleyhinə gizli-aşkar fəaliyyət göstərən bir sıra xarici təşkilatların və 5-ci kolon nümayəndələrinin bəzi mətbuat orqanlarını öz təsiri dairəsinə salmaq cəhdləri də bu günümüzün danılmaz reallığıdır. Beynəlxalq arenada  öz milli maraqlarını qorumaqla müstəqil siyasət yeritməyə cəhd edən yeni nəsil dövlətləri üçün xarakterik olan bu hal  ölkəmizdə də müşahidə olunur.Bunun səbəbləri də bəllidir. Əslində, dünya siyasətinin cilovunu öz əllərində saxlamağa çalışan güc sahibləri yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkələr haqqında  beynəlxalq mətbuatda dezinformasiyalar yaymaqla həmin dövlətləri müstəqil siyasət yürütməkdən çəkindirməyə və beləliklə də, özlərinin siyasi təsir dairəsində saxlamağa çalışırlar.Yerli-yersiz ölkəmizdə mətbuat azadlığının mövcudluğuna kölgə salmaq istəyən bəzi beynəlxallq təşkilatların vaxtaşırı hücumları da məhz bu məqsədə xidmət edir. Lakin belə cəhdlərin əvvəl-axır uğursuzluğa məhkum olacağı heç kimdə şübhə doğurmur. Çünki ötən illər ərzində Azərbaycanda  dövlət-mətbuat-cəmiyyət üçbucağının elə bir konstruktiv konfiqurasiyası formalaşmışdır ki, bu qarşılıqlı münasibətlər sistemində Azərbaycanın müstəqilliyinin qorunması, Azərbaycan xalqının mənafeyinin və milli maraqlarının müdafiə edilməsi bütün tıərəflər üçün prioritet hesab olunur. Mövcud münasibətlər sistemi hər bir vətəndaşın fərdi maraqlarından, hüquq  və vəzifələrindən başlayaraq dövlətin milli maraqlarına və vətəndaş qarşısında öhdəliklərinə qədər ictimai-siyasi həyatın bütün səviyyələrində qarşılıqlı etimadı özündə ehtiva edir. Məhz belə bir münasibətlər sistemi dövlət-cəmiyyət vəhdətinin təməlini təşkil edir. Dövlətlə xalq arasında hökm sürən vəhdət isə öz növbəsində Azərbaycanın  müstəqilliyini əbədi, dönməz və sarsılmaz edən başlıca amildir. Azad cəmiyyət və güclü dövlət tandeminin döğurduğu bu vəhdətin  daha da möhkəmlənməsində milli mətbuatımızın rolu həlledicidir.

 

Son 10 ildə KİV təmsilçiləinin həyat və yaradıcılıq imkanları ilə yanaşı peşəkarlıq səviyyəsinin də artdığını görməmək və qeyd etməmək olmaz. Bu günkü müasir jurnalist cəmiyyətin ən fəal, ən mübariz və ən vətənpərvər nümayəndəsidir. Bu gün milli yazarlarımızın yaradıcılığı, onların ölkə və dünya hadislərinə baxışı, çevik və obyektiv münasibəti yalnız milli mətbuatımızda deyil, beynəlxalq mətbuatda da özünə yer almaqdadır. Xarici ölkələrdə, xarici dillərdə dərc olunan dərgilərdə jurnalistlərimizin imzası millətimizin imzasıdır. Bu imzaların sayı nə qədər artırsa, millətimiz də bir o qədər böyüyür. 1990-2000-ci illər arasında  jurnalist fəaliyyətinin nə yolla olur-olsun öz maddi ehriyaclarını ödəmək  və ya özünün subyektiv siyasi iddialarını qabartmaq vasitəsindən son 10 ildə dövlət və cəmiyyət üçün faydalı olmaq uğrunda intelektual rəqabət meydanına daxil olmasına doğru sürətli keçidi bu nəcib və məsuliyyətli peşəyə olan marağı və bu peşə sahiblərinin nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldə bilib. Bu gün Azərbaycan jurnalistikasını təmsil edən gənclər daha savadlı, daha məntiqli, daha faydalı yaradıcılığı ilə mətbuatı cəmiyyətin güzgüsü və mənəvi qidası statusuna yüksəldə bilir. Bu günkü jurnalistikamız siyasi, iqtisadi, sosial və mənəvi həyatımızın hər üzünü olduğu kimi təqdim etməyə, oxucuları hərtərəfli düşünməyə və düşündürməyə yönəldən söz və fikir plüralizmini ortaya qoymağa, sadə dillə desək, ağa ağ, qaraya qara deməyə qadir olan, dövrümüzün sürətlə yeniləşən tendensiyalarını ictimai-siyasi şüura aşılamaq gücünə sahib olan fəaliyyət növüdür. Yeni dövr milli mətbuatımız və onun təmsilçiləri qarşısında yeni tələblər qoyur. Dünya qloballaşır, bu həm də o deməkdir ki, dünya kiçilir. Dünyanın istənilən guşəsində baş verən, bu və ya digər dərəcədə əhəmiyyət kəsb edən hadisələr bir an içində dünyanın hər tərəfinə yayılır. Yayılanların nə dərəcədə obyektiv və faydalı olmasından bəzən dövlətlərin və xalqların taleyi asılı olur. Beləliklə, mətbuatın işi dünyanın işi olur desək yanılmarıq. Milli mətbuatımız da dünya mətbuatının bir parçası kimi bu sürətli hərəkətlər trayektoriyasında öz izini açır. Bu gün belə bir məsuliyyətli fəaliyyətlə məşğul olmaq üçün sadəcə dəftər və qələm kifayət deyil. Sadəcə deməyə sözü olmaq da kifayət deyil. Sözünü vicdanla demək, millətin mənafeyinə və tərəqqisinə xidmət edən söz demək, demək istədiyini xalqa məhəbbətlə, dövlətə sədaqətlə, hər bir insana sevgi ilə demək hər bir qələm sahibinin mənəvi borcuna çevrilir. Bu milli mətbuatımızın yeni dövrə uyğyn, xalqımızın və dövlətimizin tərəqqisi istiqamətində açılan geniş perspektivlərə hədəflənmiş yeni inkişaf mərhələsidir. Bu borcun öhdəsindən layiqincə gəlmək jurnalist peşəsini özünə həyat kredosu seçmiş insanlar üçün şərəf işidir.

 

Bu şərəfli işdə - vətəndaş, xalq, dövlət və dünya qarşısında öz borcunu layiqincə yerinə yetirmək kimi məsuliyyətli missiyasında 141 yaşlı qocaman milli mətbuatımızın çağdaş nümayəndələrinə möhtəşəm uğurlar arzusu ilə,

Düşmən ordusuna layiqli cavab verildi 14 İyul 2020, 11:53 Nazirlik Bakı ilə yanaşı digər şəhər və rayonlarda da nöqsanlar aşkarladı 14 İyul 2020, 11:47 Qubada futbol oynayanlar cərimələndi 14 İyul 2020, 11:41 Son 30 ildə azərbaycanlılarla ermənilərin say nisbəti necə dəyişib? - STATİSTİKA 14 İyul 2020, 11:35 Baş redaktor “Marja”nın fəaliyyətini DAYANDIRDI 14 İyul 2020, 11:31 Tovuzdan atəş səsləri altında reportaj... - VİDEO 14 İyul 2020, 11:25 Azərbaycanda bu mağazalarda qanunsuzluqlar aşkar edildi - SİYAHI  14 İyul 2020, 11:20 Eyvandan yıxılan 2 yaşlı uşaq öldü 14 İyul 2020, 11:15 Prezidentin köməkçisi vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ 14 İyul 2020, 11:12 UNEC-də konfrans: “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya”   14 İyul 2020, 11:09 Karantin postlarından 385 maşın geri qaytarıldı   14 İyul 2020, 11:04 Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı ARTDI 14 İyul 2020, 11:01 Ermənistan niyə məhz indi hərbi təxribata əl atır? - Azay Quliyevdən açıqlama 14 İyul 2020, 10:59 Cəbhə bölgəsinin deputatı Tovuzdan son XƏBƏRLƏR VERDİ: “Belə atışmada...” 14 İyul 2020, 10:51 İcazəsiz rayona gedənlərdən heroin tapıldı - FOTO 14 İyul 2020, 10:48 Deputat: “Sərhəddəki təxribat Paşinyanın hakimiyyətini xilas etməyəcək”   14 İyul 2020, 10:43 İlin sonuna 102 məktəb binası tikiləcək 14 İyul 2020, 10:40 DİM karantindən sonrakı buraxılış-qəbul imtahanları ilə bağlı məlumat YAYDI 14 İyul 2020, 10:35 Ermənilər Tovuzun daha bir kəndini top atəşinə tutdu 14 İyul 2020, 10:30 Rusiyanın qızıl gəlirləri qaz gəlirlərini üstələdi 14 İyul 2020, 10:24 Azərbaycan nefti bahalaşmaqda davam edir 14 İyul 2020, 10:18 “Semaşko”nun koronavirusa yoluxan həkimi ilə bağlı AÇIQLAMA 14 İyul 2020, 10:12 Hacıqabulda xüsusi karantin rejimi ilə bağlı növbəti reyd keçirilib - FOTO 14 İyul 2020, 10:06 Quba - Xınalıq yolunda hərəkət bərpa olundu 14 İyul 2020, 10:00 Naftalanda ağır qəza: Ölənlər və yaralananlar var   14 İyul 2020, 09:54 Xarici işlər naziri koronavirusa yoluxdu 14 İyul 2020, 09:48 Sabiq prorektorun oğlu hakim qarşısında 14 İyul 2020, 09:42 Qazaxıstanda karantin rejimi uzadıldı 14 İyul 2020, 09:41 Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib 14 İyul 2020, 09:36 Neft yenidən ucuzlaşdı 14 İyul 2020, 09:30 Dollar günə bu məzənnə ilə BAŞLADI    14 İyul 2020, 09:24 Cəbhədə gərginlik - Düşmən daha 5 rayonumuzu qumbaraatanlardan atəşə tutdu  14 İyul 2020, 09:18 Bakıda axtarışda olan qadın tutuldu 14 İyul 2020, 09:12 ABŞ sərhəddəki vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 09:06 Ermənilər Tovuzu yenidən atəşə tutdu 14 İyul 2020, 09:00