Modern.az

Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü başa çatıb

Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü başa çatıb

3 Oktyabr 2009, 19:09

Oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilib.
Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev iştirak edib.

 

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev türkdilli dövlət liderlərinin 1992-ci ildə keçirilmiş ilk zirvə görüşündən ötən 17 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini söyləyib, əvvəlki toplantılarda regional və beynəlxalq məsələlər haqqında faydalı fikir mübadiləsi aparıldığını, bərabərlik prinsipinə əsaslanan əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi baxımından böyük irəliləyişlər olduğunu bildirib.
Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev ötən illər ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini bildirib, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparıb, əlaqələrin daha da möhkəmlənməsi məqsədi ilə təkliflərini səsləndiriblər.
Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşünə yekun vurub, növbəti görüşün gələn ilin avqustunda Bişkekdə keçiriləcəyini bildirib.
Görüşdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş və Naxçıvan bəyannaməsi imzalanıb.
Bununla da Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü başa çatıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi