Modern.az

Tanınmış cüdoçu Mövlud Mirəliyev Şəmkir Olimpiya Komleksinə direktor təyin edilib

Tanınmış cüdoçu Mövlud Mirəliyev Şəmkir Olimpiya Komleksinə direktor təyin edilib

5 Oktyabr 2009, 17:21

2008-ci il Pekin Olimpiadasının bürünc mükafatçısı, məşhur cüdoçu Mövlud Mirəliyev yeni vəzifəyə təyinat alıb. Modern.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin rəhbərliyi Mövlud Mirəliyevi Şəmkir Olimpiya Komleksinə direktor təyin edib. Məşhur cüdoçunun artıq vəzifəsinin ıcrasına başladığı bildirilir.
Xatırladaq ki, 1974-cü il təvəllüdlü M.Mirəliyev 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiadada 100 kq çəki dərəcəsində bürünc mükafat qazanıb. Bundan öncə Pekin Olimpiadasında qızıl medal qazanmıç cüdoçu Elnur Məmmədli də DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətində baş inspektor vəzifəsinə təyin olunub.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi