25 Dekabr 2019, 11:07 | Ana Səhifə - Yazılar - Qəddarlıq, xəyanət, sevgi və ölüm...
Qəddarlıq, xəyanət, sevgi və ölüm...

Elçin Alıoğlu

Bu gün farsların tarixində ən məşhur, ən qüdrətli insanlardan olmuş Cəfər bin Yəhya bin Xalid əl Bərməkidən bəhs edəcəm.

Qəddarlıq, xəyanət, sevgi və ölüm...

Bir qədər ötənlərə yollanaq.

Bəlx yaxınlığındakı Novbahar şəhəri. Şəhərin cənubunda, iki təpə arasındakı Bərmək məbədi. Məbədin ətrafında 8 fərsəx uzunuqda, 4 fərsəx endə olan ərazi Bərmək məbədində xidmət edən ailəyə məxsusdu.

Eyni zamanda, Bəlxdən şərqdəki Rəvan kəndi də həmin ailənindi. Daha doğrusu, Yəhya ibn Xalidin, ailə başçısının.
Novbahar kəlməsinə gəldikdə isə, bu sözün kökü sankskrit dilindəki "nava bihara", yəni "yeni məbəd" ifadəsidir. Orada, ərəb tarixçilərinin yazdıqlarına görə, "ibadət əl əvsan", yəni bütlərə ibadət vardı.

Sonralar məbəd atəşpərəst məkanı ("Yaqut əl həmavi"), məbədin kahinləri isə Sasani hökmdarlarının nazirləri ("Nizam əl mülk") oldular.

Xalid ibn Bərmək, yəni Bərmək məbədinin kahinləri olan ailənin törəməsi xəlifələr Əbül Abbas və Əl Mənsur dönəmlərində qüdrət yiyəsi idi.

Fəqət, oğlu Yəhya bin Bərməki kimi olmadı. Çünki Yəhya xəlifə Harun ər Rəşidin zamanında elə bir qüdrət və nüfuz yiyəsi olmuşdu ki, onu "Xilafətin dayağı" adlandırırdılar.

Bərməkilərin xilafətdə söz yiyəsi olmaları isə Xalidin atasının şahzadə Məslam ibn əbd Maliki ağır qızdırmadan müailicə etməsindən sonra başlanmışdı.

Yəhya Bərməkinin iki oğlu vardı - Fədl və Cəfər.

Böyük oğul Fədl Cəbəl, Təbəristan, Dəmavənd, Qumis, Azərbayanın valisi idi.


Kiçik qardaş Cəfər isə elmə meylli idi. Onun əla xətti və natiqlik qabiliyyəti, riyaziyyat və rəmldə dərin bilikləri vardı.

Uzun boynu olduğu üçün Cəfər dik və uzun yaxalıqlı əba geyinirdi. Sonralar bu əba dəb oldu, "cəfəri" kimi tanınırdı.
Xəlifə Əbu cəfyər Harun Muhəmməd ər Rəşidlə vəziri Cəfər arasında həddən ziyadə sıx əlaqələr vardı.

Cəfərin hətta xəlifənin məşuqu olduğu da deyilirdi.
Xəlifə Cəfəri 6 (!) dəfə müxtəlif əyalətlərə və ölkələrə vali təyin etmişdi. Fəqət, Cəfər həmin məkanlara yollanmamış, yardımçıları vasitəsilə idarəetməyə üstünlük vermişdi.

Cəfərin mövqelərinin səbatlılığına dəlalət edən sadəcə bir fakt: xilafət dövründə ilk və son dəfə məhz Cəfərin adı sikkələrin üzərində xəlifənin adı ilə yanaşı idi.

Hicri ilə 187-ci ilin səfər ayının ilk gecəsində, yəni 803-cü ilin fevralın 2-də xəlifənin əmri ilə Cəfərin boynu vuruldu. Daha sonra Yəhya Bərməki üç oğlu ilə bəhs olundu, onların bütün varidatı müsadirə edildi.

Harun ər Rəşidin əmri ilə Cəfərin kəlləsi Bağdaddakı "Orta körpü"nün girişində cidaya keçirilib qoyuldu. Cəfərin cəsədi iki yerə şaqqalandı, hər hissə Bağdaddakı bir körpüdən asıldı.

Cəfərin nəvələrindən sadəcə, İmran ibn Musa tarixə düşdü: o, əl Mədain şəhərinin xəlifə Məmunun qoşunlarından müdafiə etdi, sonra Sind valisinin vəziri oldu.

Bu qüdrətli nəslin son nüfuzlu mənsubları vəzir Əbül Qasım Abbas ibn Muhəmməd Bərməki, Qəznəvilərin xəlifə sarayındakı səfiri Həsən Bərməki və rəmmal, habelə tərcüməçi Məhəmməd ibn Cəhm əl Bərməki idilər.

Özünü "Əmir əl mömin" adlandıran xəlifə Harun ər Rəşid... Həmişə deyərdi ki, dünyada iki adam ona yaxındır: bacısı əl Abbassə və vəziri Cəfər.

Şəriətə görə, yaxın qohum olmayan kişi və qadın bir otaqda ola bilməzdilər, görüşə bilməzdilər. Ona görə də Abassə ilə Cəfər əsla sarayda bir araya gədə bilməzdilər.

Xəlifə isə pərişandı, çünki axşamlar həm Cəfər, həm də Abbassə ilə bahəm oturmaq, söhbətləşmək istəyirdi hərdaim.

Məhz bu səbəbdən o, Cəfərə əmr etdi ki, Abbassə ilə evlənsin.
Harun sadəcə, bir şərt qoymuşdu: Cəfərlə Abbassə bir evdə yaşamamalı, ər-arvad həyatı sürməməliydilər.

Harunun əmrindən çıxa bilməyən Cəfərin razılaşmaqdan savayı nə çarəsi vardı ki?!

O, nikahdakı xanımı Abbassə ilə sarayda qarşılaşanda belə, başını qaldırıb xəlifənin bacısına baxmamağa çalışırdı.

Abbassə isə Cəfəri sevirdi. Çox sevirdi.

Və gecələrdən birində kəniz libasında Cəfərin mülkünə yollandı. Kəcavədə, Cəfərin anasının razılığını əvvəlcədən alaraq.

Cəfər həmin gecə sərxoşdu, Şiraz şərabından içib məst olmuşdu.

O, Abbassəni tanımadı.

Doqquz ay keçdi, Abbassə dünyaya əkiz oğullar gətirdi. Uşaqları iki dayə ilə birlikdə Məkkəyə yolladılar.

Gizlicə. Xəlifə xəbər tutsaydı, Abbasəni və Cəfəri əzablı ölüm gözləyərdi.

Amma iki ay sonra sirr faş oldu. Hərəmdəki cariyələrdən biri xəlifəyə hər şeyi danışdı.

Məkkəyə çaparlarını yollayan Harun ər Rəşid əmin oldu ki, cariyəsi Mərada yalan demirmiş.

Elə həmin axşam xəlifə sevimli vəzirini yanına, şam yeməyinə çağırdı.

Qəzəbini boğub gizlədən və gülümsəyən xəlifə yeyir, içir, həmişəki kimi zarafatlaşırdı.

Cəfər evinə yollananda isə xəlifə qulamı Yasir ibn Fəraqı hüzuruna çağırdı.

"Yasir, səndən savayı kimsəyə etibar edə bilməyəcəyim işin öhdəsindən gələ bilərsənmi?" - taxtda oturmuş xəlifə zəndlə qulamına baxdı.

Yasir təzim etdi və dedi: "Ey cahanların hökmdarı, müsəlmanların dayağı! Bu qılıncımı qarnıma soxub kürəyimdən çıxarmağı əmr etsən belə, bir an tərəddüd etməm! Əmr et!"

Xəlifə gülümsədi: "Onda Cəfərin evinə get və onun kəlləsini mənə gətir".

Yasir qorxdu. Amma əmrdən çıxa bilmədi.

Şam yeməyindən sonra sərxoş Cəfər təxtdə uzanmışdı.

Qapı açıldı, Yasir içəri girdi.

O, nə üçün gəldiyini deyəndə Cəfər güldü: "Yasir, biləsən - əmir əl mömin mənimlə tez-tez zarafat edir. Bu da onun zarafatlarından biridir".

Yasir başını buladı:

- Yox, ciddi idi!

- Onda əl-əlbət sərxoş olub...

- Yox!

- Ola bilməz.

- Hm... Sən gəl, belə elə. Saraya qayıt, de ki, ya xəlifə, əmrini yerinə yetirdim. Xəlifə kədərlənməsə, əmrinə peşman olduğunu söyləməsə, ertəsi gün qayıt buraya və vur kəlləmi.

- Yox! Əmr icra olunmalı!

- Onda gedən saraya, dediklərimi xəlifəyə söylə. Əgər yenə kəlləmi istəsə, yanıma gəl və onun dediyini et!

... Yasir razılaşdı.

Onlar saraya yollandılar. Cəfər xəlifənin dərgahının qapısı önündə durdu. Yasir də hüzura getdi, xəlifəyə dedi ki, Cəfəri gətirib və başını vurmağa hazırdır.

Xəlifə hirsləndi, ayağa qalxıb bağırdı:

- Məlun! Tez et bunu! Sənin kəlləni bədənindən ayırmamış, tez et!

Yasir hüzurdan çıxdı və Cəfərə söylədi:

- Eşitdinmi?

Cəfər susdu. Əbasının cibindən ipək dəsmal çıxardı, gözlərini bağladı, diz çökdü və əbasının yaxalığını aşağı salıb dedi: "Haydı, durma, əmri icra et!"

Yasir vəzirin başını vurdu, Cəfərin kəlləsini xəlifənin hüzuruna apardı.

Kəlləni götürən xəlifə ağladı.

O, Cəfərin kəsik başını dizinə qoydu, danışmağa başladı. Cəfərə şikayətləndi, sitəm etdi, tənə etdi, gözlərindən öpdü.

Sonra qulamlarını çağırdı: "O Yasirin başını vurun! Cəfərimi öldürmüş insanı görmək istəmirəm...."

MÜƏLLİFİN DİGƏR YAZILARI
Almaniya və Türkiyə "Taliban"la bağlı razılığa gəldi 16 Oktyabr 2021, 19:36 Hikmət Hacıyev: “Prezidentin yenidənqurma-bərpa layihələri misilsizdir” 16 Oktyabr 2021, 19:27 Meşələrin İnkişafı Xidmətində yoxlamalar 16 Oktyabr 2021, 19:11 İspaniyalı diplomat Azərbaycana gəlir 16 Oktyabr 2021, 18:56 İşçilərin maaşı gecikdirilib - Xidmət AŞKARLADI 16 Oktyabr 2021, 18:41 Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanılıb - Nazirlik 16 Oktyabr 2021, 18:33 "Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 18:21 “Azəriqaz” rəhbəri canlı yayımda sualları cavablandırır 16 Oktyabr 2021, 17:55 Azərbaycan bu strateji yüksəkliyə nəzarəti ƏLƏ ALACAQ 16 Oktyabr 2021, 17:49 İranda güclü zəlzələ olub 16 Oktyabr 2021, 17:13 Koronavirus əleyhinə peyvənd olunanların SAYI 16 Oktyabr 2021, 16:51 Prezidentin sərəncamı 1,8 milyon vətəndaşı əhatə edəcək 16 Oktyabr 2021, 16:41 Yoluxma artdı: 12 nəfər öldü 16 Oktyabr 2021, 16:38 "Azərişıq"dan yeni tariflə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 16:31 Milli Məclisdə ukraynalı deputatlarla görüş - FOTO 16 Oktyabr 2021, 16:15 Dünyada qaz qiymətləri ötən illə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR 16 Oktyabr 2021, 16:10 İcra başçısı və deputat şəhidin məzarını ziyarət etdi - FOTO 16 Oktyabr 2021, 15:57 Prezident Şəmistan Əlizamanlını TƏLTİF ETDİ 16 Oktyabr 2021, 15:44 Hökumət Prezidentin sərəncamının icrasına BAŞLADI 16 Oktyabr 2021, 15:43 İranda daha 181 nəfər koronavirusdan öldü 16 Oktyabr 2021, 15:38 Maaşlar, pensiyalar və təqaüdlər ARTIRILIR 16 Oktyabr 2021, 15:21 Prezident Bəhram Bağırzadəni MÜKAFATLANDIRDI 16 Oktyabr 2021, 15:12 Elton Hüseynəliyevlə Xəyyam Nisanova fəxri ad verildi 16 Oktyabr 2021, 15:06 Azərbaycanda qaz və işıq tarifləri DƏYİŞDİRİLDİ 16 Oktyabr 2021, 14:44 Qarabağın işğaldan azad olunması su probleminin həllinə dəstək oldu 16 Oktyabr 2021, 14:31 Putinin “pis sülh və “yaxşı müharibəifadəsi: Bizə hansı məqbuldur? 16 Oktyabr 2021, 14:30 Bu direktorlar vəzifəsindən azad edilib  16 Oktyabr 2021, 14:22 Prezident fəxri adlar verdi - SİYAHI 16 Oktyabr 2021, 14:15 Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM 16 Oktyabr 2021, 14:06 Merkelin Türkiyə səfəri – Ərdoğanla görüşdü 16 Oktyabr 2021, 13:53 Futbol matçından sonra atışma olub, yaralılar var 16 Oktyabr 2021, 13:32 Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır – RƏSMİ 16 Oktyabr 2021, 13:19 İşğal dövründə Qarabağda 100 min hektar ərazi yanıb 16 Oktyabr 2021, 13:17 Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası - FOTO 16 Oktyabr 2021, 13:04 Fransa Qarabağın minalardan təmizlənməsinə yardım edəcək 16 Oktyabr 2021, 13:01