Modern.az

Şərqi Zəngəzurda 1507 şagird dərsə başladı

Şərqi Zəngəzurda 1507 şagird dərsə başladı

Təhsil

Bu gün, 10:40

2026–2027-ci tədris ilində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 96 uşaq məktəbəhazırlıq qruplarında, 133 şagird I siniflərdə, 1278 şagird isə II–XI siniflərdə tədris prosesinə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən bildirilib.

Beləliklə, yeni tədris ilində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki işğaldan azad olunmuş ərazilərdə (Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonları) ümumilikdə 1507 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 175 təhsilverən məşğul olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı