Modern.az

Bu gün uşaq evlərindən 39 uşaq 1-ci sinfə gedib

Bu gün uşaq evlərindən 39 uşaq 1-ci sinfə gedib

Təhsil

Bu gün, 11:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən bu gün 39 uşaq birinci sinfə gedib.

Modern.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən bildirilib.

"Onlar geyindikləri məktəbli formasının, ilk müəllimlərinin və yeni dostları ilə tanışlığın həyəcanını yaşayırlar. Bu gün balacalar üçün təkcə dərs ilinin ilk günü deyil, yeni arzuların və ümidlərin başlanğıcıdır.

Uşaqların təhsilə cəlb olunması, onların sosial həyata inteqrasiyası və hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaradılması sosial xidmətlərin əsas istiqamətlərindəndir. Sosial Xidmətlər Agentliyi müəssisələrdə yaşayan uşaqların təhsil hüquqlarının təmin olunması, onların məktəbə hazırlığı və təhsil prosesinə uyğunlaşması istiqamətində mütəmadi tədbirlər həyata keçirir", - Agentliyin məlumatında qeyd edilib.  

Hazırda Agentliyin uşaq evi sosial xidmət müəssisələrində valideyn himayəsindən məhrum olan 476 uşaq yaşayır.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı