"Bu gün çox qəşəng keçdi. Bu günləri gözləyirdim ki, məktəbə gəlim. Məktəbə gəldim, çox sevdim buranı. Gələn il olsun, universitetə gedim".
Bu sözləri Modern.az-a açıqlamasında 21 nömrəli tam orta məktəbinin birinci sinif şagirdi Nihat deyib.
O bildirib ki, böyüyəndə atası kimi həkim olmaq istəyir:
"Universitetdən sonra həkim olmaq istəyirəm, atam kimi həkim olmaq istəyirəm, uşaqlarıma, anama yaxşı baxmaq istəyirəm. Atamı-anamı çox istəyirəm, amma müəllimimi daha çox istəyirəm".
Nicat Rüstəm