Modern.az

Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşəcəklər

Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşəcəklər

9 Oktyabr 2009, 09:59

Oktyabrın 8-də Moldovanın raytaxtı Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanla görüşü olub. .Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın. ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakovun (Rusiya) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.Görüşün Bakı vaxtıyla axşam saat 10-da başa çatması və həmsədrlərin jurnalistlərə açıqlama verməsi planlaşdırılırsa da, prezidentlərin müzakirəsi 4 saata yaxın davam edib.
Görüşdən sonra həmsədrlər jurnalistlərə açıqlama veriblər. Onlar Azərbaycan və Ermənistan prezidentlərinin həmsədrlərin münaqişənin həlliylə bağlı verdikləri yeni təklifləri müzakirə elədiklərini bildiriblər. Rusiyalı həmsədr Yuri Merzlyakov jurnalistlərin sualına cavab olaraq, həm yeni, həm də daha əvvəlcədən mübahisəli qalan məsələrin müzakirə edildiyini bildirib. Amma konkret hansı yeni və köhnə təkliflərin müzakirə edildiyini açıqlamayıb.
İlk dəfə olaraq Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke ümumilikdə grüşün konstruktiv olduğunu deyib və müzakirələrin davam etdiriləcəyini bildirib. Bradtkenin sözlərinə görə, prezidentlər bir daha görüşməyi qərara alıblar və xarici işlər nazirlərinə müzakirə edən məsələlərlə bağlı işi davam etdirməyi tapşırıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır