31 Dekabr 2020, 13:39 | Ana Səhifə - Yazılar - Millətin taleyini dəyişən, tarixə damğasını vuran il
Millətin taleyini dəyişən, tarixə damğasını vuran il
Elman Babayev

2020-ci ilin yekunlarını dəyərləndirərkən sözsüz ki, Qarabağ münaqişəsinin həlli istiqamətində tarixi dönüş ilk yerdə dayanır. Azərbaycan Ordusunun 30 ilə yaxın davam edən işğala son verərək tarixi torpaqlarımızı azad etməsi, əslində bu əsrə, bütövlükdə tariximizə damğasını vuran mühüm hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövrünün, dövlət başçısı kimi fəaliyyətinin qırmızı xətlə cızılmış, dünya var olduqca xatırlanacaq bir ilidir. Bu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun tarixi Qələbəsidir.
2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi təkcə Azərbaycan Ordusunun ən sürətli və uzun illər araşdırılacaq Qələbəsi kimi tarixə düşmədi, həm də bütün millətin əsl həmrəyliyi kimi tarixdə yerini aldı.

Ölkəmizin əsrlərə dayanan tarixində ilk dəfə harada yaşamasından, mövcud hakimiyyətə münasibətindən asılı olmayaraq, bütün Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında tək yumruğa çevrildi, millətin qüruru, mənliyi özünə qayıtdı, məğlub millət sindromu əbədi torpağa gömüldü. Milli birliyin, həmrəyliyin Vətən Müharibəsi dövründə Ali Baş Komandan, cəbhədə savaşan Ordu üçün önəmi ölçüyə gəlməyən bir göstəriciyə çevrildi. 2020-ci il bu baxımdan da uzun illər xatırlanacaq, qürurla milli birliyin əsl nümunəsinin və Qələbənin yaşandığı il kimi yad olunacaq.

Məhz xalqın birliyinə söykənən İlham Əliyevin Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin gözü önündə necə əzmlə müdafiə etməsi və Ermənistanın yalanlarını necə ifşa etməsi də tariximizə əbədi həkk olundu.
Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə dünyaya sübut etdi ki, illərdir uzadılan münaqişənin hərbi həlli var. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini icra etmək, beynəlxalq hüququ təmin etmək əzmindədir. Azərbaycan öz gücünü məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq hüququn normaları çərçivəsində istifadə etdi. Və bu, işğalçını “Sülhə məcburetmə” əməliyyatı idi.
Erməni lobbisinin əlində oyuncağa çevrilən bir sıra Qərb ölkələrinin, Ermənistanın havadarlarının bu ölkəyə ölçüyəgəlməz dəstəyinə rəğmən Vətən Müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdı və Azərbaycan Prezidentinin müdrik, qətiyyətli dövlət başçısı, cəsur sərkərdə, eyni zamanda mahir diplomat olduğu bizi sevməyən xarici qüvvələr tərəfindən belə etiraf olundu.
2020-ci ilin bu möhtəşəm 44 günü digər hadisələri nə qədər kölgədə qoysa da, Azərbaycanın digər sahələrdə qazandığı nailiyyətlərə də toxunmaq vacibdir. Əldə olunan statistik göstəricilər də isbat edir ki, bir yandan mövcud pandemiya şəraiti, digər yandan Vətən Müharibəsi Azərbaycanı geri atmayıb. Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, xalqın sosial güzəranının yaxşılaşdırılması diqqətdən kənarda qalmayıb. Məlumdur ki, 2020-ci ildə pandemiya şəraitində bütün dünya ölkələri qapanmaya getməyə məcbur olub, bu da iqtisadi fəallığa və artıma təsirsiz ötüşməyib. Təbii ki, Azərbaycanda da insanların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə tətbiq olunmuş məhdudiyyətlər iqtisadi duruma mənfi təsir göstərib. Üstəlik, sentyabrın 27-də başlanmış və 44 gün davam edən Vətən müharibəsi ölkənin bütün potensialının vahid məqsəd üçün səfərbər olunmasına yönəldilib. Bütün bunlarla yanaşı, pandemiya və müharibə şəraitində Azərbaycan iqtisadiyyatının bir çox sahələrində müşahidə olunan müsbət dinamika ölkə iqtisadiyyatının dayanıqlığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün, məqsədyönlü iqtisadi siyasət həyata keçirildiyini aydın nümayiş etdirir.

İlkin rəqəmlərə əsasən 2020-ci ildə

- qeyri neft-qaz sənayesində 11,3%,
- kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,0%,
- nəqliyyat və anbar təsərrüfatında 3,7%,
- informasiya və rabitə sahəsində 1,6%
artım qeydə alınıb.

Bundan başqa, ötən il

- neft-qaz sektoru üzrə əsas kapitala investisiyaların həcmi 8,6%,
- xarici mənbələr üzrə əsas kapitala investisiyaların həcmi 21,8%,
- 2020-ci ilin yanvar-oktyabr aylarında orta aylıq əməkhaqqı 14,7%
artıb.

İl ərzində sosial təminata yönələn vəsaitlərdə də ciddi artım olub. Pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard manatdan artıq çox vəsait ödənilib. Bu artımın 700 milyon manatdan çoxu pensiya, qalanı müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənişlərdəki artımlardır. Ümumilikdə isə 2020-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsait 5 milyard 264 milyon manat təşkil edib. Pandemiya ilə əlaqədar məşğulluq və sosial rifaha dəstək üzrə tədbirlər əhalinin təqribən 5 milyon nəfərini əhatə edib.

Ötən ilin mühüm hadisləri sırasında TANAP və TAP layihələrinin uğurla tamamlanması, TAP-la Xəzər dənizindəki qazın ilk dəfə Avropaya nəqlinin təmin edilməsini də xüsusi vurğulamaq mümkündür. Bu layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirməklə yanaşı, energetika sahəsinin şaxələndirilməsində, neftdən əlavə, zəngin qaz ehtiyatlarından əlavə gəlirlər əldə etməsində vacib rola malikdir.
Cənub Qaz Dəhlizinin uğurla başa çatdırılması Azərbaycan üçün əhəmiyyətli və tarixi hadisədir. Bu o deməkdir ki, son zamanlar dünyada baş verən COVİD-19 pandemiyası, həmçinin Ermənistan tərəfindən Azərbaycana edilən hücumlar və 44 günlük Vətən Müharibəsi bu mühüm enerji layihəsinin yekunlaşmasına mane ola bilmədi. Azərbaycan artıq Avropa bazarı üçün təbii qaz ixracatçısıdır və regionlar arası iqtisadi əməkdaşlığa, enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə töhfə verən ölkədir.

2020-ci il Azərbaycanın multilateralizmə verdiyi töhfə ilə də yadda qaldı. İl ərzində Azərbaycan çoxtərəfli diplomatiyanı təşviq edən bir sıra vacib təşəbbüslərlə çıxış etdi. Beynəlxalq münasibətlər sistemində pandemiya ilə bağlı yaranmış yeni reallığa çevik uyğunlaşan Azərbaycan bir ilkə imza ataraq İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının onlayn zirvə görüşünü təşkil etdi.

2020-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrlik etdi. May ayında Azərbaycan Prezidentinin təşəbbüsü ilə QH-nin dövlət və hökumət başçılarının pandemiya ilə mübarizəyə həsr edilmiş onlayn zirvə görüşü təşkil edildi. Bu görüşdə Azərbaycan Prezidenti BMT Baş Assambleyasının pandemiyaya qarşı Xüsusi Sessiyasının keçirilməsi kimi tarixi təklif irəli sürdü və BMT-nin 150-dən çox üzv dövləti bu təşəbbüsü dəstəklədi. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və ehtiramının bariz göstəricisidir. Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan oldu. Bütün dünyanın ehtiyacı olan bir tədbirə qarşı çıxmaqla növbəti dəfə Ermənistan beynəlxalq aləmdə rəzil oldu. 3-4 dekabr tarixlərində Xüsusi Sessiyanın dövlət və hökumət başçıları səviyyəsində müzakirələri təşkil edildi. Tədbirdə 37 ölkə prezident, 40 ölkə baş nazir səviyyəsində təmsil olundu. Bütün dünya ölkələrini birləşdirən və “dünya parlamenti” hesab edilən BMT Baş Assambleyasında bu məsələnin müzakirəsi beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı tam səfərbər olmasına çox böyük töhfə verdi.
Pandemiya dövrü olan 2020-ci ildə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə də sıx münasibətlər qurdu. Təşkilat Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırdı. Azərbaycan ÜST-ə toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etdi. Bununla yanaşı, bu günədək Azərbaycan koronavirusla bağlı 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Əminliklə vurğulaya bilərik ki, 2020-ci ili Azərbaycan Vətən Müharibəsində Zəfər qazanan, beynəlxalq imicini, dünyadakı tərəfdaşları arasında mövqeyini daha da gücləndirən ölkə kimi başa vurdu. Ölkəmizin qarşısında azad olunmuş və ermənilərin vəhşicəsinə dağıtdığı ərazilərin inkişafını təmin etmək kimi çətin missiya dayanır. Və 2021-ci il bu sahədə mühüm dönüş ili kimi tarixə düşəcək. Qarşıda həm də müharibənin yaralarını sarmaq, Vətən müharibəsi şəhidlərinin və itkin düşmüş hərbçilərin ailələrinin, yaralanmış hərbçilərin, erməni terrorundan zərər çəkənlərin, müharibə iştirakçılarının sosial təminatını həyata keçirmək dayanır. Atrıq bu işlərə start verən, “YAŞAT” Fondu yaradaraq bu sahədəki fəaliyyəti daha da genişləndirən güclü Azərbaycan dövlətinin onu gözləyən sınaqların öhdəsindən layiqincə gələcəyi şübhə doğurmur.
MÜƏLLİFİN DİGƏR YAZILARI
Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı 5 Avqust 2021, 03:54 İldırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürdü 5 Avqust 2021, 01:00 “Futbolçular daha peşəkar davranmalıdırlar” - Qurban Qurbanov 5 Avqust 2021, 00:55 FHN Türkiyəyə göndəriləcək üçüncü qrupla bağlı məlumat YAYDI 5 Avqust 2021, 00:49 Tokio-2020-də medal sıralaması 5 Avqust 2021, 00:38 Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO 5 Avqust 2021, 00:27 “Yanğınların söndürülməsinə dəstək olan ən önəmli ölkə Azərbaycandır” 5 Avqust 2021, 00:19 Azərbaycan daha 20 ölkə ilə sərhədlərini açdı 5 Avqust 2021, 00:08 Daha iki idmançımız mübarizəyə BAŞLAYIR 4 Avqust 2021, 23:59 Azərbaycan ABŞ-a qoyduğu bu qadağanı ləğv etdi 4 Avqust 2021, 23:48 Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı 4 Avqust 2021, 23:39 “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq” - Ərdoğan 4 Avqust 2021, 23:28 Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO 4 Avqust 2021, 23:19 Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO 4 Avqust 2021, 23:09 Türkiyədə 1 ailəni qətlə yetirən şəxs tutuldu - FOTO 4 Avqust 2021, 22:58 Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi 4 Avqust 2021, 22:48 İraqdakı ABŞ hərbçilərinə hücum edilib 4 Avqust 2021, 22:39 Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi 4 Avqust 2021, 22:28 Daşkəsən sakininə balta ilə xəsarət yetirildi 4 Avqust 2021, 22:17 Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndərilir 4 Avqust 2021, 22:08 Ukraynada azərbaycanlı gənc qətlə yetirildi 4 Avqust 2021, 21:59 Bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb 4 Avqust 2021, 21:48 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Avqust 2021, 21:39 Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır 4 Avqust 2021, 21:29 Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq 4 Avqust 2021, 21:18 Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi 4 Avqust 2021, 21:08 Şokoladın səbəb ola biləcəyi xəstəliklər 4 Avqust 2021, 20:59 Bakı əhalisi ərzağa milyardlar xərcləyir 4 Avqust 2021, 20:48 MİQ üzrə müsahibə nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə çatır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40