Modern.az

Aeroport yaxınlığında körpünün tikilməsi üçün beş layihə seçilib

Aeroport yaxınlığında körpünün tikilməsi üçün beş layihə seçilib

20 Oktyabr 2009, 11:18

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yaxınlığındakı körpü-yolötürücüsünün memarlıq görnüşünə aid 24 variantda memarlıq-layihə həllərinə baxılıb.
Komitədən Modern.az-a verilən məlumata görə, müxtəlif təşkilat və memarlar tərəfindən işlənmiş layihələrə anonim rəy vermə yolu ilə daha optimal seçim aparmaq və müvafiq qərar vermək üçün sifarişçiyə beş variant təqdim edilməsi məqsədəuyğun hesab olunub.
Dəyərləndirilən layihələrdən birinin müəllifi - «Azərdövlətlayihə» İnstitutu, o birinin müəllifi - «Bakıdövlətlayihə» İnstitutu, ikisinin müəllifi - memar Vüqar Həsənov və sonuncunun müəllifi memar Cəmil Axundovdur. İndi son söz sifarişçinindir.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir