Modern.az

Salyanda ağır yol qəzası: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Salyanda ağır yol qəzası: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Hadisə

20 Avqust 2026, 20:44

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Ələt–Astara–İran magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Bakı istiqamətində yüksək sürətlə hərəkətdə olan avtomobil qəfil idarəetmədən çıxaraq yoldan kənara aşıb.

Qəza nəticəsində avtomobildə olan 1 nəfər hadisə yerində həyatını itirib. Daha 2 nəfər isə ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbləri və digər hallar araşdırıldıqdan sonra məlum olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...