Modern.az

Türkiyədən Netanyahunun siyasətinə sərt reaksiya

Türkiyədən Netanyahunun siyasətinə sərt reaksiya

Dünya

20 Avqust 2026, 23:10

Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətinə qarşı sərt mövqeyini qoruyacağını açıqlayıb.

Modern.az xəbər verir ki, bunu  Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran deyib.

O, Ankaranın Netanyahunun “sabitliyi pozan fəaliyyətlərinə” və “işğal siyasətinə” qarşı çıxmağa davam edəcəyini bildirib.

Duranın sözlərinə görə, İsrailin Qəzza, Suriya və Livandakı addımları ölkənin beynəlxalq səviyyədə daha da təcrid olunmasına səbəb olur.

O vurğulayıb ki, Türkiyə Suriyaya dəstəyini davam etdirəcək və Yaxın Şərqdə iki dövlətli həllin əldə olunması istiqamətində səylərini qoruyacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!