Modern.az

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Hadisə

20 Avqust 2026, 23:34

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü R. Zeynalov qarın boşluğunun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal o əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 28 yaşlı həmin şəxsin hansı şəraitdə bıçaqlanması məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!