Modern.az

Bərdədə kişini cərəyan öldürüb

Bərdədə kişini cərəyan öldürüb

Hadisə

20 Avqust 2026, 22:38

Bərdə rayonunda 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyən zaman tövlədə olan sərinkeşin naqilindəki açıq hissəyə toxunub və onu elektrik cərəyanı vurub.

Nəticədə M. Həsənov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...