Modern.az

Ukrayna MDB sazişindən çıxır

Ukrayna MDB sazişindən çıxır

Dünya

20 Avqust 2026, 23:47

Ukrayna Ali Radasında MDB ilə tikinti lisenziyalarının qarşılıqlı tanınması haqqında sazişdən çıxmaq barədə qanun layihəsi qeydiyyata alınıb.

Modern.az xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.

“Ukrayna Nazirlər Kabineti Ali Radada “Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin lisenziyalaşdırma orqanları tərəfindən verilən tikinti fəaliyyəti üçün lisenziyaların qarşılıqlı tanınması haqqında Sazişdə iştirakın dayandırılması haqqında” qanun layihəsini qeydiyyata alıb”, - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!