Modern.az

Üç dövlət İsrailə xəbərdarlıq etdi

Üç dövlət İsrailə xəbərdarlıq etdi

Dünya

Bu gün, 18:00

Türkiyə, Misir və Qətər İsrailin Qəzza zolağına son zərbələrini pisləyərək, bunun atəşkəs öhdəliklərini pozduğunu və eskalasiya riskini artırdığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Üç ölkənin birgə bəyanatında İsrailin hücumlarının Qəzzada münaqişənin həlli istiqamətində beynəlxalq və regional səylərə zərər vurduğu qeyd edilib.

Bildirilib ki, hazırda Qəzzada münaqişənin dayandırılması ilə bağlı hərtərəfli planın həyata keçirilməsi üzrə intensiv danışıqlar davam edir.

Vasitəçilərin sözlərinə görə, danışıqlar prosesində konstruktiv addımlar atılır. Bu çərçivədə Sülh Şurasının İsrail nümayəndələri ilə görüşləri də keçirilir.

Türkiyə, Misir və Qətər beynəlxalq ictimaiyyəti və Sülh Şurasını atəşkəs rejiminə riayət olunmasını təmin etmək və eskalasiyanın qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.

Fələstin mediasının məlumatına görə, İsrailin ötən gün Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 10 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

İsrail Müdafiə Ordusu isə hava zərbələrinin Fələstin radikal qruplaşması HƏMAS-ın silahlı şəxslərinə və komandirlərinə qarşı həyata keçirildiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!