Modern.az

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dron hücumu - VİDEO

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dron hücumu - VİDEO

Dünya

Bu gün, 18:50

Qara dənizdə azərbaycanlı dənizçilərin də olduğu yük gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edilib.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkə hesabında məlumat verib.

İnsident Komor adalarının bayrağı altında üzən “Volgo Balt 226” quru yük gəmisinə qarşı baş verib.

Məlumata görə, gəmi “Azov Shipping” şirkətinə məxsusdur.

Hücum zamanı gəminin göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu bildirilib.

Hadisə nəticəsində ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

Hazırda gəmi hərəkətini davam etdirir və Trabzon limanına doğru istiqamətlənib.

Hadisənin hansı tərəf tərəfindən törədildiyi və gəminin hücum nəticəsində hər hansı zərər görüb-görmədiyi barədə əlavə məlumat verilməyib.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!