17 Sentyabr 2021, 17:45 | Ana Səhifə - Yazılar - Vaksinasiyada Avropa nümunəsi...
Vaksinasiyada Avropa nümunəsi...

Elman Babayev

İtaliya hakimiyyəti ölkə sakinlərinin COVİD-19 pasportu olmadan işləməsinə icazə verməmək qərarına gəlib. Oktyabrın 15-dən etibarən işləyən bütün italyanlar COVİD-19 pasportu, iki gündən çox olmayan bir PCR testi və ya COVID-19-dan sağalma sənədi təqdim etməlidirlər. Qərardan imtina edənləri 400-1000 avro arası cərimə, hətta bütün maaşlarını itirmək təhlükəsi gözləyir.


Bu gün digər Avropa ölkələrində də analoji qərarların verilməsinin şahidiyik. Ən inkişaf etmiş dövlətlər COVİD-lə bağlı mübarizədə sərt qərarlar vermək durumunda qalıblar.


Mövcud mənzərə əslində tam normal qarşılanmalıdır. Dövlət öz vətəndaşının sağlamlığını, həyatını qorumaq üçün sərt mexanizmlərə baş vurmalıdır. Azərbaycanda da verilən qərarlar bir amala - ölkə vətəndaşının həyatını qorumağa hədəflənib.


Məlum olduğu kimi, Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli Qərarına əsasən, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına malik olması tələb edilən iş və xidmət sahələri müəyyənləşdirilib. 1 sentyabr 2021-ci il tarixindən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi, fiziki şəxslərin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir. Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


Təəssüf ki, Azərbaycanda zamanında verilmiş bu qəbildən olan qərarlarla bağlı hələ də ictimaiyyəti səhv maarifləndirən fikirlər dövriyyəyə buraxılır. Bir sıra hallarda cəmiyyətin tanınmış üzvlərinin belə mövcud duruma adekvat olmayan mövqeyinə rast gəlirik. Gah vaksinasiyanın könüllü olması önə çəkilərək vətəndaşlar arasında çaşqınlıq yaradılır, gah vaksinin səmərəsizliyi, vaksin olunan şəxslərin yenidən yoluxduğu, gah da vaksinin zərərləri barədə olmayan uydurmalara meydan verilir. Hansı ki, bu çağırışları edən şəxslər başqa-başqa məsələlərdə addımbaşı Avropanı nümunə çəkirlər. Elə isə niyə vaksinasiya məsələsində Avropa ölkələrinin nümunəsinə istinad olunmur? Bu gün Avropa ölkələrinin Azərbaycanla müqayisədə daha sərt qərarlara üz tutduğunun əyani şahidi deyilikmi?


Deməli, Azərbaycanın zamanında bu istiqamətdə verdiyi qərarlar tam doğrudur və ayrı-ayrı ölkələrin təcrübəsi də sübut edir ki, başqa çıxış yolu yoxdur. Bu gün dünya ölkələri öz vətəndaşını qorumaq, onun vaksinasiyasına nail olmaq üçün sərt qərarlara baş vurursa, ölkəmizdə hələ iyul ayında verilən və işləyən insanımıza vaksin olunması üçün kifayət qədər zaman tanıyan qərarları ancaq və ancaq alqışlamaq lazımdır.


Belə bir durumda vətəndaş olaraq dövlətin gördüyü tədbirlərə adekvat davranmalı, daha məsuliyyətli olmalıyıq. Azərbaycan dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb. Cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyası start götürüb və hər üç vaksinin (“Sinovak”, “AstraZeneca” və “Sputnik”) ölkəmizə gətirilməsi gerçəkləşib. Bütövlükdə pandemiya ilə mübarizə istiqamətində sistemli və davamlı fəaliyyət həyata keçirilib.


Hər birimiz yeni qaydalara uyğun hərəkət etməliyik. Vaksin olunmaqla özümüzü, yaxınlarımızı, bütövlükdə cəmiyyətimizi qorumuş oluruq. Vaksinin arxasında bəla axtarmaq, hansısa qara fikirlərə köklənmək, yersiz şübhələrlə zaman itirmək tamamilə yanlışdır...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona"dan müvəqqəti məşqçi TƏYİNATI 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41