Modern.az

"Qafqazda uzunmüddətli barış yalnız Azərbaycanın işğal altındakı torpaqları azad olunandan sonra mümkündür"

"Qafqazda uzunmüddətli barış yalnız Azərbaycanın işğal altındakı torpaqları azad olunandan sonra mümkündür"

22 Oktyabr 2009, 14:52

Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu jurnalistlərə açıqlamasında bildirib ki, Qafqazda uzunmüddətli barışıq yalnız və yalnız Azərbaycanın işğal olunmuş torpaqları azad olunandan sonra mümkündür. Onun sözlərinə görə, Türkiyə və Ermənistan arasında məlum protokollar regionda uzunmüddətli barişiq üçün imzalanıb: "Bu da yalnız və yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra mümkündür. Protokolların imzalanması ilə Dağlıq Qarabağ problemi dünyanın gündəminə gətirilib". Ə.Davutoğlu əminliklə bildirib ki, Türkiyə Azərbaycanı necə dəstəkləyibsə, bundan sonra da elə dəstəkləyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi