Modern.az

Mehriban Əliyeva: "Uşaqların problemlərinə biganə qalmayaq"

Mehriban Əliyeva: "Uşaqların problemlərinə biganə qalmayaq"

22 Oktyabr 2009, 15:45

Oktyabrın 22-də Bakıda "Uşaq ili" çərçivəsində “Azərbaycanda uşaqların müdafiəsi islahatı” Milli Konfransı keçirilib. Tədbirdə çıxış edən təhsil nazirir Misir Mərdanov bildirb ki, hazırda Azərbaycanın internat məktəblərində saxlanılan uşaqların  ailələrə verilməsilə bağlı dövlər proqramı icra olumaqdadır. Bu proqram nəticəsində internatlar və uşaq evlərində olan  uşaqların sayı get-gedə azalmaqdadır.
Millət vəkili,  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirib ki, müasir dünya hərbi münaqişələr və qarşıdurmalar, qlobal iqlim dəyişiklikləri, epidemiya, pandemiya kimi bir çox problemlərlə üzləşib, bu problemlər sırasında uşaqların taleyi ilə bağlı problemlər öndə dayanmalıdır. Azərbaycanın birinci xanımı "uşaqlar Azərbaycanın gələcəyidir, gəlin onların problemlərinə biganə qalmayaq"-deyə, çağırış edib. O, uşaqların şəxsiyyət kimi formalaşmasında ailənin böyük rol oynadığını vurğulayıb. M.Əliyeva uşaqların müəyyən hissəsinin valideyn himayəsindən kənarda böyüməsi faktını da təəssüf hissi ilə qeyd edib. "Ən müasir internat məktəb və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz"-deyə, o, bildirb.
Millət vəkili Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət ayırdığını qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi