Modern.az

Dövlət Neft Şirkətinin rəhbərliyi qan verəcək

Dövlət Neft Şirkətinin rəhbərliyi qan verəcək

23 Oktyabr 2009, 10:22

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) “Savab Dünyası” Talassemiya Assosiasiyasının talassemiyadan əziyyət çəkən uşaqlara yardım kampaniyasında iştirak etmək müraciətinə müsbət cavab verərək qanvermə aksiyalarına qoşulub.
Qeyd edək ki, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bir müddət öncə talassemiyadan əziyyət çəkən uşaqlara yardım təşəbbüsü ilə çıxış etmişdi.
Modern.az  ARDNŞ-in mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabr ayının əvvəlindən Dövlət Neft Şirkətində qanvermə kampaniyasına başlanılıb. Bu günə kimi “Azneft” İB, “Azneftyağ” NEZ, Sosial İnkişaf İdarəsi, Kompleks Qazma İşləri Tresti və “Neftqaztikinti” trestində çalışan 1800 əməkdaş bu xeyirxah kampaniyada iştirak edərək, qan verib. Kampaniya davam edir. Azərbaycan Respublikası Elmi-Tədqiqatlar Hematologiya və Transfiziologiya İnstitutu ilə ARDNŞ-nin birgə hazırladığı qrafikə uyğun olaraq 2009-cu ilin oktyabr-noyabr aylarında Şirkətin Baş ofisində və digər struktur bölmələrində də bu tədbirlər keçiriləcək. Növbəti mərhələdə daha 2000-ə yaxın əməkdaşın könüllü olaraq qanverməsi nəzərdə tutulur.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı