Modern.az

Kann kinofestivalının münsiflər heyəti AÇIQLANDI

Kann kinofestivalının münsiflər heyəti AÇIQLANDI

Dünya

26 Aprel 2016, 12:38

Dünyanın ən nüfuzlu Kann kinofestivalının münsiflər heyətinin tərkibi açıqlanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafatın laureatlarını ssenarist Arno Depleşen (Fransa), aktrisa, rejissor, ssenarist və prodüser Valeriya Qolino (İtaliya), aktyor Mads Mikkelsen (Danimarka), rejissor Laslo Nemeş (Macarıstan), prodüser Katayun Şahabi (İran) və aktyor Donald Sazerlend (Kanada) müəyyən edəcək.

Qeyd olunduğu kimi, Kann kinofestivalının münsiflər heyətinə Corc Miller başçılıq edəcək.

Festival mayın 22-də başlayacaq.  

Vüqar İsmayılov      

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...