Modern.az

Putin Ərdoğana CAVAB verdi: "Türkiyə ilə əlaqələri yenidən qurmaq istəyirik"

Putin Ərdoğana CAVAB verdi: "Türkiyə ilə əlaqələri yenidən qurmaq istəyirik"

Dünya

15 İyun 2016, 14:57

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Rusiya prezident Putinə yazdığı məktuba rəsmi cavab gəlib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Kremlin rəsmi cavabında deyilir ki, Moskva Türkiyə ilə münasibətləri yenidən bərpa etmək istəyir.

"Türkiyə ilə əlaqələri yenidən qurmaq fikrindəyik. Amma öncə Ankaranın lazımlı addımları atması gərəkdir", - deyəKremlin rəsmi cavabında vurğulanıb.

Qeyd edək ki, dünən Ərdoğan Rusiyanın milli bayramı münasibəti ilə Putinə rus xalqını və onu təbrik edən məktub ünvanlayıb.


Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı