Modern.az

Yerevanda üsyançılar daha bir polisi öldürdülər

Yerevanda üsyançılar daha bir polisi öldürdülər

Dünya

30 İyul 2016, 20:00

Yerevanda post-patrul alayının binasını ələ keçirən silahlı müxalifətçilər atəş açaraq bir polis əməkdaşını öldürüblər. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl post-patrul alayı tərəfdən atəş açılıb. Nəticədə polisdə xidmət edən 30 yaşlı Yura Tepanosyan ölüb”, - Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan Facebook səhifəsində yazıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün binanı ələ keçirənlərə ultimatum irəli sürüb. Onlar saat 17:00-a qədər təslim olmasaydılar? silah tətbiq ediləcəkdi. Bu müddət başa çatandan sonra alay ərazisindən atəş səsləri gəlib. Mühasirəyə alınan əraziyə bir neçə polis zirehli avtomobilləri gəlib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...