Modern.az

Koalisiya qüvvələri Raqqaya hücum planlaşdırır

Koalisiya qüvvələri Raqqaya hücum planlaşdırır

Dünya

1 Noyabr 2016, 00:13

Koalisiya qüvvələri yaxın həftələrdə Suriyanın Raqqa şəhərinə hücuma keçə bilər. Modern.az saytı xəbər verir ki, “Report"un məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Piter Kuk məlumat verib.

"Raqqaya hücum yaxın həftələrdə başlayacaq. Biz hesab edirik ki, hazırda bu istiqamətdə İŞİD-ə təzyiq göstərməyin vaxtı çatıb", - deyə o bildirib.

Raqqa İraq və Suriya ərazisinin bir hissəsini işğal edən İŞİD terror qruplaşmasının əsas dayaq məntəqəsidir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı