Modern.az

ABŞ vitse-prezidentinin avtomobil karvanı qəzaya düşüb

ABŞ vitse-prezidentinin avtomobil karvanı qəzaya düşüb

Dünya

1 Noyabr 2016, 00:43

ABŞ-ın vitse-prezidenti Co Baydenin  avtomobil karvanı qəzaya düşüb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

 

İnsident yerli vaxtla saat 08:30-da Uilminqton şəhərində (Delaver ştatı) qeydə alınıb.

 

Kortejdə olan nəqliyyat vasitələrindən biri idarəetməni itirərək 3 avtomobilə çırpılıb.

 

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Onun xəstəxanaya yerləşdirildiyi və həyatına təhlükə olmadığı bildirilir.  Qəza zamanı vitse-prezident Co Baydenə zərər dəyməyib.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı