Modern.az

Polisə hücum edən əlilin başı kəsiləcək

Polisə hücum edən əlilin başı kəsiləcək

Dünya

4 Noyabr 2016, 20:02

23 yaşlı Munir Adam 5 il əvvəl Səudiyyə Ərəbistanında hökumət əleyhinə keçirilən nümayişlərdə guya polisə hücum etməkdə ittiham olunur.  Modern.az xarici mediaya istinadən bildirir ki, qohumları o vaxt 18 yaşı olan Munirin qanun keşikçilərinə hücum etdiyini işgəncə altında boynuna aldığını deyiblər.

Məhkəmə onun barəsində ölüm hökmü çıxarıb – Munirin başı kəsilməlidir.

Doğmalarının verdiyi xəbərə görə, o, 6 il əvvəl bədbəxt hadisə səbəbindən əlil olub. Onun eşitmə qabiliyyəti tamam və görmək imkanı isə qismən itib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı