Modern.az

Demokratik Bölgələr Partiyasının həmsədri saxlanılıb

Demokratik Bölgələr Partiyasının həmsədri saxlanılıb

Dünya

6 Noyabr 2016, 20:42

Türkiyədə məhkəmə Demokratik Bölgələr Partiyasının (DBP) həmsədri Səbahat Tuncel barədə həbs qətiimkan tədbiri seçib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, S.Tuncel noyabrın 4-də Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ, o cümlədən digər HDP deputatlarının saxlanılmasına etiraz etmək üçün bir qrup şəxslə Diyarbəkir Məhkəməsinin qarşısına gəlib.

 

Polisin xəbərdarlığına baxmayaraq, aksiya davam etdirilib. Polis S. Tuncel və digər 10 aksiya iştirakçısını saxlayıb. Bu gün məhkəmə S. Tuncelin həbs edilməsi barədə qərar verib.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı