Modern.az

Türkiyədə etiraz aksiyasında polis güllələnib

Türkiyədə etiraz aksiyasında polis güllələnib

Dünya

6 Noyabr 2016, 23:38

Türkiyədə keçirilən etiraz aksiyasında silah işlədilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Adana şəhərinin Çukurova prospektində keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinə atəş açılıb. Hadisə nəticəsində bir polis əməkdaşı dünyasını dəyişib.

Belə ki, insident zamanı  nümayişçilərin açdığı atəş nəticəsində bir polis əməkdaşı ağır yaralanıb. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!