Modern.az

İsveçdə “Uğursuzluqlar muzeyi” açılır

İsveçdə “Uğursuzluqlar muzeyi” açılır

Dünya

5 Aprel 2017, 21:27

İsveçin Helsinqborq şəhərində “Uğursuzluqlar muzeyi” açılacaq. Modern.az Trend-a istinadən xəbər verir ki, iyunun 7-i işə düşəcək muzeydə müxtəlif şirkətlərin istehlakçılar arasında populyarlıq qazanmayan məhsulları nümayiş etdiriləcək.

Eksponatlardan biri “Twitter Peek” qadceti olacaq. Bu avadanlıq "Twitter" mikrobloqlarını daha rahat oxumaq üçün yaradılsa da, smartfonlarla rəqabətə tab gətirə bilməyib.

“BIG” qələm istehsalı şirkətinin qadınlar üçün xüsusi olaraq istehsal etdiyi qələmlər də uğursuz əşyalar arasında yer alıb.

Bundan başqa, muzeydə “Harley Davidson”un istehlakçıların marağına səbəb olmamış ətirləri də sərgilənəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı