Modern.az

Meksikada həbsxanada 5 məhkumun başı kəsilib

Meksikada həbsxanada 5 məhkumun başı kəsilib

Dünya

7 İyul 2017, 00:16

Meksikanın kurort şəhəri Akapulkodakı həbsxanada məhbuslar arasında qanlı toqquşma olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, baş vermiş toqquşma zamanı azı 5 nəfər həlak olub. Meksikanın Herrero ştatının təhllükəsizliyin əlaqələndirilməsi qrupunun nümayəndəsi Roberto Alvares Erediyanın sözlərinə görə, öldürülənlərin başları kəsilib. Münaqişənin səbəbləri hələlik məlum deyil.

Hazırda həbsxanada vəziyyət yenidən təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Hadisə yerində qətlin təfərrüatlarını müəyyən edən ekspertlər işləyirlər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı