Modern.az

Suriyada ABŞ hərbçiləri atəşə tutuldu

Suriyada ABŞ hərbçiləri atəşə tutuldu

Dünya

2 Aprel 2018, 15:21

Suriyanın Raqqa şəhəri yaxınlığında ABŞ-a məxsus hərbi baza atəşə tutulub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin Ayn-İssa qəsəbəsində yerləşən bazaya minomyot mərmiləri düşüb.

 

Hücumun Suriya hakimiyyətini dəstəkləyən “Suriya müqaviməti” hərbləşdirilmiş qruplaşması tərəfindən edildiyi bildirilir.

Qruplaşma üzvləri Raqqadan amerikalı hərbçilər çıxmayana qədər hücumları davam etdirəcəklərini bildirib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər