Modern.az

ABŞ BMT-də İsrailə dair qətnaməni bloklayıb

ABŞ BMT-də İsrailə dair qətnaməni bloklayıb

Dünya

2 İyun 2018, 00:57

ABŞ BMT Təhlükəsizlik Şurasında İsrailə dair qətnaməni bloklayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin fələstinlilərə qarşı güc tətbiq etməsini pisləyən qətnamənin lehinə 10 Şura üzvü səs verib, 4 ölkə bitərəf qalıb.

 

Qətnamənin əleyhinə səs verən ABŞ sənədi bloklayıb.

 

Qeyd edək ki, Təhlükəsizlik Şurasının daimi beş üzvündən biri olan ABŞ qətnamə layihələrinə  veto qoymaq hüququna malikdir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı