Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyevin gələn il müdafiə ehtiyaclarını və müharibə şəraitində dövlətin sabit fəaliyyətini təmin etmək üçün əhəmiyyətli beynəlxalq maliyyə yardımına ehtiyacı var.
Modern.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, müdafiə naziri, hərbi rəhbərlik və müdafiə sektorunun digər nümayəndələri ilə məsləhətləşmələrdən sonra Ukrayna tərəfi gələn il üçün maliyyə ehtiyaclarını dəqiqləşdirib. Ümumi məbləğ 115 milyard avrodur. Artıq 45 milyard ayrılıb və daha 70 milyardın tapılması lazımdır.
Eyni zamanda, o, tərəfdaşlardan gələn müsbət siqnallar barədə məlumat verib. Avropa Komissiyası 45 milyard avro əlavə maliyyələşdirmə təklif edib ki, bu da əvvəlcədən razılaşdırılmış dəstək ilə birlikdə 90 milyard avroya bərabərdir.
Zelenski əlavə edib ki, oxşar maliyyə ehtiyacı 2028-ci ildə də yarana bilər, lakin ümid edir ki, o vaxta qədər müharibə artıq bitəcək.