Modern.az

NATO-nun yeni komanda mərkəzləri bu ölkələrdə yerləşəcək

NATO-nun yeni komanda mərkəzləri bu ölkələrdə yerləşəcək

Dünya

6 İyun 2018, 14:38

NATO yeni komandan mərkəzlərinin yerləşəcəyi ölkələrin adlarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə keçirilmiş mətbuat konfransında NATO rəhbəri Yens Stoltenberq bəyanat verib.

Stoltenberq NATO-nun dəniz komandanlığı ABŞ-da, loqistika üzrə komandanlığı isə Almaniyada yerləşəcəyini bildirib.

 

“Biz ABŞ-da Atlantik dənizi üzrə yeni dəniz komandanlığını və Almaniyada isə yeni logistik komandanlığını genişləndirəcəyik və təsdiqləyəcəyik” – Stoltenberq bəyan edib.

O həmçinin NATO-nun 2020-ci il üçün planlarını da açıqlayıb.

 

Stoltenberq NATO-nun “4X30” təşəbbüsünün təsdiqləndiyini də bildirib. Yeni təşəbbüsə əsasən NATO- 2020-ci il üçün 30 tabor, 30 döyüş gəmisi və 30 aviasiyanın 30 günə tam döyüş hazırlığı vəziyyətinə gətirəcək.

 

Qeyd edək ki, NATO rəhbəri həmçinin ABŞ-la digər üzvlər arasında əsasən İranla nüvə razılaşması kimi bir çox digər fikir ayrılıqlarının alyansın birliyinə təsir etmədiyinin müşahidə olunduğunu bildirib.

 

Əvəz ZEYNALOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?