Modern.az

“Mançester Siti” bu futbolçuya görə 63 milyon avro ödəyəcək

“Mançester Siti” bu futbolçuya görə 63 milyon avro ödəyəcək

Dünya

6 İyun 2018, 14:49

“Napoli” klubunun və İtaliya millisinin yarımmüdafiəçisi Jorjinyo yaxın günlərdə “Mançester Siti” klubuna keçəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun transferi ilə bağlı prinsipial razılıq əldə edən tərəflər ödənişin müddətini müzakirə edirlər.

 

Xatırladaq ki, Jorjinyo Braziliyada anadan olsa da, 15 yaşından İtaliyada yaşayır. O, nəslində italyan mənşəli şəxslərin olduğunu sübut etdiyi üçün İtaliya vətəndaşlığını tezləşdirilmiş qaydada almışdı.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?