Modern.az

"Boinq" İrana təyyarə satmayacaq

"Boinq" İrana təyyarə satmayacaq

Dünya

6 İyun 2018, 23:59

Daha bir böyük şirkət İranla əməkdaşlıqdan imtina edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, "Boinq" təyyarə şirkəti İrana təyyarə satışından imtina edib.

 

Şirkət İrana tətbiq edilən sanksiyaları əsas gətirərək əməkdaşlıqdan imtina edib.

 

Qeyd edək ki, İrana qarşı sanksiyalar ləğv edildikdən sonra "Boinq" İranın aviasiya şirkətləri ilə 20 milyard dollar dəyərində müqavilə imzalamışdı.

 

Qeyd edək ki, bundan öncə Fransanın avtomobil istehsalçısı PSA İranla əlaqlərini müvəqqəti dayandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!