Modern.az

BMT Təhlükəsizlik Şurasına yeni üzvlər seçilib

BMT Təhlükəsizlik Şurasına yeni üzvlər seçilib

Dünya

8 İyun 2018, 21:43

Belçika, Almaniya, Dominikan Respublikası, İndoneziya və Cənubi Afrika 2019-2020-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiliblər. Modern.az xəbər verir ki, seçki BMT Baş Assambleyasında keçirilib.

 

Şurada 2019-cu il yanvarın 1-dən etibarən boş olacaq beş yer üçün altı dövlət namizəd idi.

 

Mübarizədə eyni regiondan olan Maldiv adaları İndoneziyaya uduzub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...