Modern.az

Zəlzələ İranı silkələdi

Zəlzələ İranı silkələdi

Dünya

21 Avqust 2018, 22:34

İranın şimalında 4 bal gücündə zəlzələ baş verib. Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, "UTC" vaxtı ilə saat 15:29-da qeydə alınan yeraltı təkanların episentri ölkənin paytaxtı Tehran şəhərindən 329 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı