Modern.az

Prezident maaşının bir hissəsini büdcəyə qaytardı

Prezident maaşının bir hissəsini büdcəyə qaytardı

Dünya

18 Dekabr 2018, 21:17

Meksika prezidenti Andres Manuel Lopes Obrador maaşının bir hissəsini dövlət büdcəsinə geri qaytarıb. Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 76 min peso (3,8 min dollar) alan ölkə başçısı onun 22,3 minini (1,1 min dollar) büdcəyə verib. Lopes Obradorun sözlərinə görə, o, maaşını dövlət başçısının məvacibinin azaldılmasını nəzərdə tutmayan köhnə qanunvericiliyə əsasən alıb:

 

“Mənə maaşı çox vermişdilər. Yeni iqtisadiyyat planına əsasən, 53,846.30 peso almalıyam. Bu səbəbədən 22,313.29 pesonu qaytardım”.

 

Prezident məmurları da onun kimi addım atmağa və maaşlarının artığını qaytarmağa çağırıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?