Modern.az

Aksiyada 30-dan çox etirazçı saxlanıldı

Aksiyada 30-dan çox etirazçı saxlanıldı

Dünya

18 Yanvar 2020, 21:43

Parisdə "sarı jiletlər"in aksiyası davam etdirilir.

 

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, Fransa polisi hərəkatın bu gün keçirilən aksiyasında 32 etirazçını saxlayıb.


"Saat 15.45-də (Bakı vaxtı ilə saat 18:45) polis prefekturasının əməkdaşları 32 nəfəri saxlayıb", - deyə asayiş keşikçilərinin “Twitter”də yerləşdirilmiş xəbərində bildirilir.

BFMTV telekanalı isə qeyd edib ki, “sari jiletlilər” 62-ci istirahət günüdür ki, etiraz aksiyası keçirir:  “Təxminən saat 14:30 (Bakı vaxtı ilə saat 16:30) asayiş keşikçiləri "təntənəli yürüşün başında olmaq" istəyən və polisə əşyalar atmaq istəyən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq ediblər. Ancaq bütovlükdə nümayiş dinc keçib”.

Sizə yeni x var
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı