Modern.az

Ronaldo mehmanxanalarını pulsuz xəstəxanalar kimi istifadəyə verəcək

Ronaldo mehmanxanalarını pulsuz xəstəxanalar kimi istifadəyə verəcək

Dünya

15 Mart 2020, 11:18

"Yuventus” futbol komandasının hücumçusu Kriştianu Ronaldo Portuqaliyadakı mehmanxanalarını pulsuz xəstəxanalar kimi istifadəyə verəcək.

 

Bu barədə Modern.az xarici mətbuata istinadən xəbər verir.

 

Məlumata görə, portuqaliyalı xəstəxanalarda işləyəcək həkimlərə və digər işçilərə maaş da verəcək.

 

Qeyd edək ki, Ronaldu onunla eyni klubun üzvü olan Daniele Ruqanidə təsdiq edilmiş koronavirusa yoluxmaya görə Turinə (İtaliyaya) qayıtmamağa qərar verib.

 

İtaliyanın Milli Olimpiya komitəsi A seriyasının matçları da daxil olmaqla, 3 aprelə qədər ölkədə bütün idman yarışlarının keçirilməsinə qadağa qoyub.

 

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çində qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir